01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
"Sizin dəstəyiniz Azərbaycanda yüksək qiymətləndirilir" - Prezident

"Sizin dəstəyiniz Azərbaycanda yüksək qiymətləndirilir" - Prezident"Çox şadam ki, Azərbaycana gəlmisiniz. Ötən il keçirilməsi planlaşdırılan Qlobal Forum pandemiya səbəbindən təxirə salındı. Bu, başadüşüləndir. Lakin, eyni zamanda, mən bilirəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, sözsüz, bütün məhdudiyyətlər nəzərə alınaraq öz fəaliyyətini davam etdirib".

GununNebzi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən deyib.

"Mən sizə də, xanım həmsədr Vayra Vike-Freyberqaya da Azərbaycanın uğurla həyata keçirdiyi azadlıq müharibəsi ilə əlaqədar mənə və Mərkəzin İdarə Heyətinin digər üzvlərinə ünvanlanmış səmimi məktubunuza görə minnətdarlığımı ifadə etmək istərdim. Sizin müharibə vaxtı və müharibədən sonra dəstək məktublarınız, Azərbaycanın ərazi bütövlüyünə dəstəyiniz ölkəmizdə yüksək qiymətləndirilir. Mən torpaqlarımızın azad edilməsi işinə bu çox açıq, səmimi, ədalətli yanaşmaya görə olduqca minnətdaram", - dövlət başçısı bildirib.


Tarix: 23-02-2021, 17:41 Oxunub: 210


Bölməyə aid digər xəbərlər