23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Daha yaxşı gələcək qurmağa sadiqik" - Ceyhun Bayramov

"Daha yaxşı gələcək qurmağa sadiqik" - Ceyhun BayramovAzərbaycan “Sıfır ayrı seçkilik” Günündə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulmasının 25-ci ildönümünü qeyd edir.

GununNebzi.az-ın məlumatına görə, xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı Tvitter hesabında paylaşım edib.

"Multikultural və çoxsaylı etnik qrupların yaşadığı cəmiyyət olaraq bərabərliyə və daha yaxşı gələcək qurmağa sadiqik", - nazir bildirib .


Qeyd edək ki, BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramı (UNAİDS) İİV-ə ( insanın immunçatışmazlığı virusu) yoluxmuş insanların ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması məqsədi ilə 2016-cı ildə martın 1-i “Sıfır ayrı seçkilik” Günü elan edib. Azərbaycan Respublikası 1996-cı il 31 may tarixli 95-IQ nömrəli Qanunu ilə “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”ya qoşulub.


Tarix: 1-03-2021, 11:43 Oxunub: 233


Bölməyə aid digər xəbərlər