23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə başsağlığı məktubu ünvanladı

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə başsağlığı məktubu ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyana başsağlığı məktubu ünvanlayıb.

GununNebzi.az xəbər verir ki, başsağlığında deyilir:

"Əlahəzrət,

Görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin maliyyə naziri, Dubay Əmirinin müavini Şeyx Həmdan bin Rəşid Al Məktumun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Tarix: 25-03-2021, 18:41 Oxunub: 165


Bölməyə aid digər xəbərlər