23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Yeni Azərbaycan Partiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna daha 270 min manat ianə edəcək

Yeni Azərbaycan Partiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna daha 270 min manat ianə edəcəkYeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında hökumətin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir və bu istiqamətdə öz imkanları daxilində ciddi fəaliyyət göstərir.

gununnebzi.az xəbər verir k i YAP-dan "AZƏRTAC"-a bildiriblər ki, qəbul edilmiş qərara əsasən, İcra Katibliyinin, eləcə də partiyanın yerli strukturlarının əməkdaşlarının təşəbbüsü ilə onların bir aylıq əmək haqqı - ümumilikdə 270 min manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediləcək.

Xəbər verildiyi kimi, YAP Prezident İlham Əliyevin Sərəncamı yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait köçürüb. YAP İcra Katibliyinin bu addımı partiyanın yerli strukturlarının əməkdaşları və fəallar tərəfindən yüksək humanist addım kimi qiymətləndirilib, növbəti nəcib aksiyanın həyata keçirilməsi üçün təşəbbüsçü rolu oynayıb.

Beləliklə, Yeni Azərbaycan Partiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə təxminən 500 min manat məbləğində yardım həyata keçirmiş olacaq.

gununnebzi.az


Tarix: 23-03-2020, 19:02 Oxunub: 125


Bölməyə aid digər xəbərlər