23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Hərbçilərimiz və mülki əhali mina təhlükəsinə məruz qalır" - Hikmət Hacıyev

"Hərbçilərimiz və mülki əhali mina təhlükəsinə məruz qalır" - Hikmət Hacıyev

Azərbaycanın həm hərbçiləri, həm də mülki əhalisi mina təhlükəsinə məruz qalır.

GununNebzi.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib.

H.Hacıyev bildirib ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxladığı müddətdə çoxlu sayda minalar basdırıb:

“Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə yönəldib. Bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və Ermənistanın beynəlxalq öhdəliyinə ziddir. Ermənistan tərəfi Azərbaycan tərəfinə minaların xəritəsini təqdim etmir. Azərbaycan mülki əhalisinin hüquqları kobud surətdə pozulur. Bu eyni zamanda Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti və qətliamın davam etdirilməsidir”.

Tarix: 5-04-2021, 11:14 Oxunub: 251


Bölməyə aid digər xəbərlər