23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İƏT baş katibinin Vətən müharibəsi bəyanatı: “Bütün müsəlman dünyasının qələbəsidir”

İƏT baş katibinin Vətən müharibəsi bəyanatı: “Bütün müsəlman dünyasının qələbəsidir”

Torpaqların işğaldan azad edilməsi təkcə Azərbaycanın deyil, bütün müsəlman dünyasının qələbəsidir.

GununNebzi.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Bin Əhməd Əl-Osaymin Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, indi Qarabağda bərpa işləri aktualdır.

“Bizim səfərimizin məqsədi işğaldan azad edilmiş ərazilərdə rekonstruksiya işlərinin necə aparılmasını müzakirə etməkdir”, - deyə o, əlavə edib.

Baş katib qeyd edib ki, Ermənistan işğal müddətində Qarabağda dini abidələri, o cümlədən məscidləri dağıdıb.

“Biz irsin qorunması üçün əlavə addımların atılmasını zəruri hesab edirik”.
(Oxu.Az)

Tarix: 8-04-2021, 22:18 Oxunub: 247


Bölməyə aid digər xəbərlər