11:28 / 15-11-2024
Əli Əsədov BMT İnkişaf Proqramının administratoru ilə görüşdü
11:26 / 15-11-2024
Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…
11:24 / 15-11-2024
İran Prezidentindən nüvə silahı ilə bağlı - Açıqlama
21:29 / 14-11-2024
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb
21:14 / 14-11-2024
Bakıda yeni dələduz peyda olub: Maşınları götürüb metalloma verir
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
21:09 / 14-11-2024
“Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
16:37 / 14-11-2024
Bolqarıstanın birinci xanımı Şamaxıda - Fotolar
16:36 / 14-11-2024
Ağadadaş Ağayev məhkəməyə gəldi - Video - Yenilənib
11:14 / 14-11-2024
Xəstəxanada vurulan iynədən şoka düşüb öldü
11:14 / 14-11-2024
“Rusiya Tramp administrasiyası ilə təmaslara hazırdır”
23:11 / 13-11-2024
Bayden Trampla görüşdü - Fotolar
23:09 / 13-11-2024
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol matçında vəfat etdi
20:35 / 13-11-2024
İlham Əliyev Mixail Mişustinlə görüşdü - Yenilənib
20:32 / 13-11-2024
Prezidentin bu çıxışını bütün salon alqışladı - Video
15:54 / 13-11-2024
Prezident Pakistanın Baş naziri ilə görüşdü - Fotolar
15:52 / 13-11-2024
Ronaldinyo Bakıda yeniyetmə futbolçularla görüşdü - Video
15:48 / 13-11-2024
Çay sahilində meyit tapıldı - Foto
15:47 / 13-11-2024
Sabahdan bu marşrutların hərəkəti bərpa edilir - Siyahı
12:55 / 13-11-2024
"COP29-u dönüş nöqtəsi kimi görürük" - Türkiyəli nazir
12:54 / 13-11-2024
Prezident Odil Reno-Basso ilə görüşdü - FOTOLAR
12:17 / 13-11-2024
Bakıda üçtərəfli görüş oldu - Fotolar
12:12 / 13-11-2024
“Bakının təmizliyi və gözəlliyi məni valeh etdi” - Tokionun qubernatoru
10:22 / 13-11-2024
Tramp Maskın vəzifəsini açıqladı
07:43 / 13-11-2024
Mehriban Əliyeva Prezidenti tarixi çıxışına görə belə təbrik etdi - Video
07:41 / 13-11-2024
Belçikanın Baş naziri bulvarda qaçdı - Foto
01:37 / 13-11-2024
Netanyahu İran xalqına müraciət etdi
01:33 / 13-11-2024
Rəsmilər Bakıya gəlməyə davam edir - Fotolar - Yenilənib
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
23:00 / 12-11-2024
Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür
Sahibə Qafarova BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb - FOTO
Aprelin 9-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının prezidenti Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, parlamentin Sədri qonaqları səmimi salamlayaraq, Azərbaycanın BMT ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilatın orqanları ilə sülh və təhlükəsizlik məsələlərinə dair müzakirələrdə fəal iştirak edir, qurumun xətti ilə keçirilən tədbirlərə öz layiqli töhfəsini verir. Heç də təsadüfi deyildir ki, müstəqil Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü olduğu dövrdə Prezident İlham Əliyevin sədrliyi ilə terrorizmlə mübarizə və BMT ilə İslam dünyası arasında tərəfdaşlıq məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüşlər keçirilib. Ölkəmiz beynəlxalq təhlükəsizliyə dair mühüm qərarların qəbul olunmasında yaxından iştirak edib. Azərbaycan sülhməramlıları BMT-nin mandatı ilə bu gün də Əfqanıstanda və Cənubi Sudanda sülhüqoruma əməliyyatlarında fəal iştirak edirlər.
Sahibə Qafarova bildirib ki, Azərbaycan qlobal xarakterli məsələlərin həllində də səylərini əsirgəmir. Belə ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin təklifi ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib. Sessiyada bu məsələdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Milli Məclisin Sədri qonağın təmsil etdiyi təşkilatla ölkəmiz arasında Əməkdaşlıq haqqında sənədin imzalanmasını yüksək dəyərləndirib.
Söhbətdə Spiker Sahibə Qafarova artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi 4 qətnaməsini xatırlayaraq, 44 günlük Vətən müharibəsi dönəmində bu sənədlərin Azərbaycanın özü tərəfindən icra edildiyini və ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu söyləyib. Ancaq işğaldan azad olunmuş ərazilərimizdə minalanmış sahələrin xəritələrini Ermənistan dövləti hələ də təqdim etmir. Bu isə müharibə cinayətidir və təhlükəsizliklə bağlı çox böyük problemlər yaradır. Biz bu məsələdə beynəlxalq birliyin dəstəyinə ümid edirik. Bu xəritələrin təqdim edilməsi Qarabağda bərpa işlərinin daha sürətlə aparılmasına təkan verəcək.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Volkan Bozkır BMT Baş Assambleyasının prezidenti kimi ilk səfərlərindən birini Azərbaycana etməyindən qürur duyduğunu söyləyib. Bildirilib ki, BMT bu təşkilat üçün çox önəmli ölkə olan Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır.
Volkan Bozkır deyib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiya dövründə BMT-nin xüsusi sessiyasının keçirilməsi beynəlxalq aləmdə geniş rezonans doğurub. Biz pandemiya ilə əlaqədar Azərbaycanın digər ölkələrə və qurumlara göstərdiyi yardımları yüksək dəyərləndiririk. İndi hamılıqla birlikdə postpandemiya dövrünə - yeni çağırışlara hazır olmalıyıq.
Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Bölməyə aid digər xəbərlər

Tarix: 9-04-2021, 19:03 Oxunub: 310
Bölməyə aid digər xəbərlər
2-11-2020, 18:10
Sahibə Qafarova Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb (FOTO)
5-09-2020, 17:48
Azərbaycan-Pakistan parlament sədrləri görüşdü - FOTO
24-10-2020, 19:11
Sahibə Qafarova Fransa Milli Assambleyasının sədri Rişar Ferrana etirazını bildirib
31-03-2021, 23:50
BMT Baş Assambleyasının Prezidenti Azərbaycana gələcək