23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Əhliman Əmiraslanov qondarma “erməni soyqırımı” iddiasını qınadı

Əhliman Əmiraslanov qondarma “erməni soyqırımı” iddiasını qınadı



Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov həmkarı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla telefon əlaqəsi saxlayaraq, dostluq qrupunun üzvləri olan deputatlar adından Amerika Birləşmiş Ştatları Prezidenti CozefBaydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadıqlarını ifadə edib.

GununNebzi.az xəbər verir ki, deputat Əhliman Əmiraslanov türkiyəli həmkarını aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla, o cümlədən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop arasında olan telefon danışığı barədə məlumatlandırıb.

Deputat bildirib ki, “ABŞ prezidenti Baydenin heç bir real tarixə və hüquqa söykənmədən 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırması qəbuledilməzdir. Saxta bir tarixə bu cür yanaşmanın heç bir hüquqi nəticəsi ola bilməz və olmayacaq. Saxta “erməni soyqırımı” iddialarını tanımaqla bir sıra siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan mərkəzlər bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. 1915 il hadisələrinin “erməni soyqırımı” adlandırılması qərəzli və acizlik olmaqla yanaşı, həmin şəxslərin erməni lobbisinin təsiri altında olmasına sübutdur. Bu hadisə demokratiya, insan haqları, söz və mətbuat azadlığı imitasiyaları kimi, saxta “erməni soyqırımı”nın da həmin dövlətlərin başqa ölkələrə təzyiq aləti olduğunu sübut etdi.Ancaq tarixi hadisələrin nəql edilməsini siyasi dividentlər diktə edə bilməz, çünki bu cür bəyanatlar dünyadakı onsuz da kövrək olan qarşılıqlı anlaşma və inamı sarsıdır. Bu cür həssas tarixi-siyasi məsələnin tarixi aspektlərini peşəkar tarixçilər tərəfindən öyrənilməsi vacibdir və Türkiyə dövləti 1915-ci il hadisələrini araşdırmağın tarixçilərin işi olduğunu, bunun üçün tarixçilərdən ibarət birgə komissiya yaratmağa və arxivləri açmağa hazır olduğunu dəfələrlə bildirsə də, erməni tərəfi yalançı soyqırımı ilə bağlı fantaziyalarının iflasa uğramasından qorxaraq bu təklifdən imtina edib.

Azərbaycan hər mənada qardaş Türkiyənin yanındadır. Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir.Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir.Dövlətimizin başçımızın söylədiyi kimi “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik".

Tarix: 26-04-2021, 12:32 Oxunub: 136


Bölməyə aid digər xəbərlər