16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
11:35 / 20-11-2024
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
11:32 / 20-11-2024
Vətən müharibəsi iştirakçısı hakim oldu
08:16 / 20-11-2024
Tramp türkəsilli həkimə vəzifə verəcək
22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
Əli Nağıyev Gürcüstana səfər etdi - Fotolar
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvilinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.
GununNebzi.az DTX-nin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Əli Nağıyev Ümummilli Lider Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsini ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad edərək abidəsi önünə əklil qoyub.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə keçirilmiş görüşdə regionda mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsi, təcrübə və səmərəli məlumat mübadiləsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, habelə dünyada ciddi siyasi-iqtisadi fəsadlara səbəb olmuş koronavirus pandemiyası ilə bağlı meydana çıxan yeni təhdidlərə qarşı birgə mübarizənin effektivliyinin artırılması və təhlükəsizliklə bağlı digər aktual məsələlər müzakirə olunub.
Eyni zamanda, general-polkovnik Əli Nağıyev Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə də görüşüb. Tərəflər üçün əhəmiyyət kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb, bölgədə təhlükəsizliyin etibarlı təmin olunmasının, terrorçu və digər cinayətkar qruplara qarşı mübarizədə birgə səylərin artırılmasının vacibliyi qeyd edilib. Tərəflər bundan sonra da hər iki ölkənin hüquq mühafizə orqanları arasında əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə ediblər.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanla Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edən Baş nazir İrakli Qaribaşvili təhlükəsizlik sahəsində ölkələr arasında əlaqələrin davamlı inkişaf etdiyini və bu əməkdaşlığın bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verdiyini vurğulayıb.
İsti qarşılanmaya və yüksək qonaqpərvərliyə, həmçinin təhlükəsizlik sahəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üzrə məsələlərin müzakirəsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirən xidmət rəisi Prezident İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.
General-polkovnik Əli Nağıyev ölkələr arasında olan mövcud münasibətlərin regional təhlükəsizliyin təmin olunmasına xidmət etdiyini qeyd edərək bundan sonra da müvafiq orqanların dövlətlərin milli təhlükəsizliyinə yönələn beynəlxalq təhdid və hədələrə qarşı birgə mübarizə istiqamətində daim sıx əməkdaşlıq edəcəyinə əminliyini bildirib.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-04-2021, 11:41 Oxunub: 298
Bölməyə aid digər xəbərlər
12-12-2020, 13:50
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad etdi - FOTO
11-01-2021, 17:38
Əli Nağıyev və Elçin Quliyev erməni həmkarları ilə görüşdülər - RƏSMİ
21-12-2020, 18:45
DTX rəisi Əfqanıstanın təhlükəsizlik strukturlarının rəhbərləri ilə görüşdü - FOTO