23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ermənistan razılaşmaları pozur - Bayramov

Ermənistan razılaşmaları pozur - Bayramov


“Məqsədimiz məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtması üçün şərait yaratmaqdır. İndi orada heç nə yoxdur, hər şey məhv edilib. Bu ərazilərin sözün əsl mənasında minalarla “zəhərlənmiş” olması hər şeyi qəlizləşdirir”.

GununNebzi.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov litvalı həmkarı Qabrielius Landsbergis ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir və bununla da əldə olunmuş razılaşmaları pozur.

“Litvalı həmkarıma keçən ilin noyabrın 10-dan bəri 22 nəfərin mina partlaması nəticəsində öldüyü barədə məlumat verdim. Dünya ictimaiyyəti də buna diqqət yetirməlidir”, – C.Bayramov vurğulayıb.

Tarix: 30-04-2021, 15:31 Oxunub: 228


Bölməyə aid digər xəbərlər