17:59 / 08-11-2024
Bayraq Meydanında əl-ələ... - Fotolar
17:54 / 08-11-2024
Prezidentin Zəfər parkından ailəvi - Fotoları
17:50 / 08-11-2024
Vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edildi
12:20 / 08-11-2024
Prezident oğlu ilə Bayraq Meydanında - Fotolar - Video
12:17 / 08-11-2024
İlham Əliyev ailə üzvləri ilə Dövlət Bayrağı Meydanında
12:15 / 08-11-2024
Prezident xanımı və oğlu ilə Zəfər parkının açılışında - Fotolar
12:14 / 08-11-2024
İkinci Şəhidlər xiyabanında Zəfər abidəsi! - Fotolar
11:01 / 08-11-2024
Prezident və ailəsi Zəfər parkının açılışında iştirak etdi
10:59 / 08-11-2024
Prezidentdən Şuşa ilə bağlı paylaşım - Video
10:58 / 08-11-2024
DİN-dən Zəfər Günü paylaşımı - Video
06:55 / 08-11-2024
General rütbəsi verilən zabit sabiq nazirin oğlu imiş
06:51 / 08-11-2024
Zelenski də təsdiqlədi: Koreya ordusu itkilər verdi
06:50 / 08-11-2024
"Qurdlar vadisi"nin aktyoru Azərbaycana köçdü
06:44 / 08-11-2024
Azərbaycanda 6 günlük bayram tətili başladı
01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
01:06 / 08-11-2024
Cəlilabadda avtomobil yeniyetməni vuraraq ÖLDÜRDÜ
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
23:08 / 07-11-2024
Bayden komandasını Trampla işləməyə çağırıb
21:18 / 07-11-2024
Prezident Zəfər Günü ilə bağlı - Paylaşım etdi
19:00 / 07-11-2024
Ramil Səfərov meyxanaçı Xəyyamı ziyarət etdi - Foto
18:51 / 07-11-2024
Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı möhtəşəm konsert proqramı təşkil olunacaq
18:49 / 07-11-2024
COP29 müddətində Bakı, Sumqayıt və Abşeronda...
18:46 / 07-11-2024
AZCON yaradıldı
18:43 / 07-11-2024
Prezident Siyavuş Kərimini təltif etdi
18:41 / 07-11-2024
Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymur
18:15 / 07-11-2024
Prezidentin Mərkəzi Parkdan maraqlı - Fotoları
18:13 / 07-11-2024
Nigar Rüfət tibb işçisi deyilmiş - Rəsmi
18:08 / 07-11-2024
Hikmət Mirzəyev general-polkovnik oldu
18:08 / 07-11-2024
İlham Əliyev onlara ali hərbi rütbələr verdi - Siyahı
18:04 / 07-11-2024
Prezidentdən Fərid Seyidovla bağlı - Sərəncam
Ağdamın baş planının təqdimat mərasimindən - Fotolar
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub.
GununNebzi.az xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
“Əziz dostlar.
Bu gün Respublika Günüdür. İlk növbədə, sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzulayıram.
Görüşümüzün əvvəlində xahiş edirəm ki, İkinci və Birinci Qarabağ müharibələrində Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin”
Sakinlər: Amin. Allah rəhmət eləsin.
Prezident İlham Əliyev: Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək.
Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.
Mən Ağdam rayonunda işğal dövründə doqquz dəfə olmuşam. Bildiyiniz kimi, şəhər işğal altında olduğu üçün rayonun mərkəzini biz Quzanlı qəsəbəsində müəyyən etdik. Quzanlı və digər kəndlərdə dəfələrlə olmuşam. Bu ərazi ilə bağlı bir çox tədbirlər keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdir. Burada bir çox sosial layihələr icra edildi, bir çox məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edilmişdir və deyə bilərəm ki, ölkə üzrə olan göstəricilərdən daha da yüksək göstəricilər burada var. Qazlaşdırma təxminən 100 faizdir, elektrik enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. Çünki mənfur düşmən bu bölgəni sudan da məhrum etmişdi. Bir sözlə, işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır.
İşğal dövründə Ağdam şəhərinin dağıntılarını, o şəhərin bir hissəsini mən təmas xəttində dəfələrlə olarkən binokl ilə görürdüm. Hər dəfə, bax, təmas xəttində olarkən və bu dağıntıları uzaqdan seyr edərkən öz-özümə deyirdim ki, biz mütləq qayıdacağıq. Nəyin bahasına olursa-olsun qayıdacağıq. Tarixi ədaləti bərpa edəcəyik. Düşməni torpağımızdan qovacağıq və buna nail olduq.
Çalışırdıq ki, bunu sülh yolu ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Aqressor təbii olaraq, daha da azğınlaşırdı, daha da qudururdu və bu torpaqları əbədi işğal altında saxlamaq istəyirdi və bu, sirr deyil.
Əgər mən Prezident kimi birinci mərhələdə müəyyən ümidlərlə yaşayırdımsa, son mərhələdə artıq bu ümidlər də aradan qalxdı. Çünki Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Mən bunu açıq-aydın bildirirdim. Bütün danışıqlar dövrü – 2003-cü ildən son hadisələrə qədər hər zaman Azərbaycan xalqına həqiqətləri çatdırırdım. Hər zaman deyirdim ki, biz heç vaxt bizim torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Deyirdim, məsələnin həlli elə olmalıdır ki, bu, yarımçıq həll olmasın. Məhz buna görə bizim mövqeyimiz bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. Ona görə Ağdam rayonuna binoklla baxarkən, bax, mən bu günü görürdüm və bilirdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi.
Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı. Bir daha gördü ki, Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər.
Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik. Ancaq ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Baxın, görün, Ağdam şəhəri yoxdur, yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Onu da mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yəni, artilleriya atəşinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər. İndi mən müharibədən sonra Ağdama ikinci dəfə səfər edirəm. Birinci dəfə Ağcabədi istiqamətindən gəldim. Bu dəfə isə Bərdə istiqamətindən gəldim. Hər iki istiqamət üzrə bir neçə müdafiə xətti var, istehkamlar var. Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur. Bunu hansısa yad planetli, necə deyərlər, ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü. Bunun da bir neçə məqsədi var idi. Birincisi, bizə olan nifrət. İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin.
Ancaq səhv etdilər. Onlar dərk edə bilmədilər ki, bizim üçün, xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Ermənistan isə məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə bura deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Mən maşınla yüz kilometrlərlə torpaqları gəzərkən gördüm ki, sağda-solda hər şey dağıdılıb, talan edilib. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Mən bunu demişəm, bir daha burada Respublika Günündə Ağdam şəhərində demək istəyirəm, bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, bax, ermənilərin aqibətinə bənzər olacaq.
Müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq. Müharibə tarixdir, şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan. Dırnaqarası qəhrəman erməni əsgərləri bizim əsgərlərimizi görərkən müharibənin artıq ikinci mərhələsində silahları yerə qoyub qaçırdılar, bu gün də qaçırlar.
Bu gün əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Mən bunu bir neçə gün bundan əvvəl mayın 10-da Naxçıvanda olarkən demişdim. Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə varsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular. İndi görün, bütün dünya bunlara gülür. Baş nazir bir versiyanı deyir, baş qərargah rəisinin müavini başqa versiya deyir, özü də bir gündə. Bu versiyalar da yalandır. Yəni, 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi - əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. İndi görün, necə, hansı rüsvayçı durumdadırlar. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar - indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir.
Biz isə öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr, – altı ay artıq keçibdir, - bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir.
Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. İndi Şuşa şəhərinin Baş Planı hazırlanır, artıq bir müddətdən sonra təsdiqlənəcək. Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir. Amma birinci Baş Plan, bax, burada təsdiqlənəcəkdir. Artıq bir neçə tədbir keçirildi. Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Siz yaxşı bilirsiniz ki, bu məktəbin çox böyük tarixi var, 140 illik tarixi var. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, mənim göstərişimlə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm Zəfər, həm İşğal muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Yəni, bu gün bu görüşdən sonra birlikdə bizə bu təqdimat göstəriləcəkdir.
Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik. Bir daha dediyim sözlərə qayıtmaq istəyirəm, mən bu 17 il ərzində - 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq.
Bir məqama toxunmaq istəyirəm, bilirəm ki, müharibə dövründə mənim “Twit”lərimi, mənim çıxışlarımı xalqımız səbirsizliklə gözləyirdi. Mən öz çıxışlarımda və bütün “Twit”lərimdə də hər zaman həqiqətləri deyirdim və yazırdım. Bir gün fikirləşdim, dedim ki, yəqin, ağdamlılar fikirləşirlər ki, bəs nə üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, nə üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir nə üçün. Çünki əgər biz bu istiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa - alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik.
Çox güman ki, Ermənistan tərəfi də bunu dərk edib və artıq ağ bayraq qaldırmağa məcbur olub, bizim qarşımızda diz çöküb. Otuz il bizə meydan oxuyan, bizim əsəblərimizlə oynayan, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən diz çökdü bizim qabağımızda, ağ bayraq qaldırdı, təslim oldu və kapitulyasiya aktına imza atdı. Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq.
Xalq artisti Mənsum İbrahimov: Möhtərəm cənab Prezident, biz Sizi salamlayırıq. Bu gün biz Sizinlə Qarabağımızın döyünən ürəyi olan Ağdamımızda tarixi təməlqoyma mərasiminə şahidlik edirik. 28 ildən sonra şanlı Ordumuzun və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə, onların sayəsində Zəfər çalmış bir xalq kimi Respublika Gününü məhz Ağdamda qeyd etmək bizim üçün böyük bir qürurdur.
Bizim qəhrəman Ordumuzun böyük tarixi Qələbəsindən sonra Heydər Əliyev Fondunun Şuşamızda təşkil etdiyi möhtəşəm “Xarıbülbül” festivalı mədəniyyətimizin qələbəsi və dünyaya bir mesaj idi. Təbii ki, biz buna görə Sizə - Müzəffər Ali Baş Komandanımıza, şanlı Ordumuza təşəkkür edirik, şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə cansağlığı arzulayırıq.
Cənab Prezident, 2018-ci ildə Quzanlıda Muğam Mərkəzinin açılışında çıxışınızda qeyd etdiniz ki, tezliklə Ağdamın mərkəzində bunu daha möhtəşəm tikəcəyik. Artıq bu gün biz o tarixi hadisənin şahidiyik. Həqiqətən bizim üçün böyük bir qürurdur. Mən bütün ağdamlılar adından, bütün sənətkarlar adından Sizə təşəkkür edirəm ki, bizim dövlətçiliyimiz əbədidir. Biz bundan sonra burada ancaq böyük Muğam mərkəzlərində muğam festivalları keçirəcəyik, böyük tədbirlər keçirəcəyik, festivallar keçirəcəyik Sizin sayənizdə. Diqqətinizə görə Sizə təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Milli Məclisin deputatı Bəxtiyar Sadıqov: Möhtərəm cənab Prezident, bu gün həyatımızın ən xoşbəxt günlərindən biridir. Yeni Qarabağımızın, yeni Ağdamın təməli qoyulur. Biz də bunun iştirakçısına çevrilmişik. Bu xoşbəxtliyi bizə Müzəffər Ali Baş Komandan kimi Siz nəsib etmisiniz. Bu xoşbəxtliyi təkcə bizə yox, keçmiş məcburi köçkünlərə yox, bütün Azərbaycan xalqına bəxş etmisiniz. Siz bizim itmiş inamımızı qaytarmısınız. Bizim ölməkdə olan ümidlərimizi yenidən dirçəltdiniz, yeni həyat verdiniz. Çox sağ olun, minnətdarıq. Siz Azərbaycan xalqını dünyaya yenidən qürurlu xalq, döyüşkən xalq, itirilmiş torpaqlarını qaytaran xalq kimi təqdim etdiniz.
Möhtərəm cənab Prezident, 44 günlük Vətən müharibəsində Siz əsl möcüzə yaratdınız, - buna başqa ad vermək mümkün deyil, - bizim hamımızın gördüyümüz və şahidi olduğumuz möcüzə. Siz yeni ordu qurdunuz, yeni vətənpərvər gənclər nəsli yetirdiniz. Siz milli birlik yaratdınız. Siz bu ordumuzu ən yeni silahlarla silahlandırdınız. XXI əsrin müharibəsini apararaq ən yeni taktika və strategiya tətbiq etdiniz. Bu gün hətta Amerika Birləşmiş Ştatları kimi güc mərkəzi də Sizin taktikanızdan, ikinci Qarabağ müharibəsindəki taktikadan öyrənir və ordusunda dəyişiklik aparır.
Siz dəmir yumruğunuzla düşmənin başını əzdiniz, belini qırdınız. Siz Ermənistanı təkcə hərb meydanında darmadağın etmədiniz, diplomatiya sahəsində, informasiya müharibəsində də biabırçı məğlubiyyətə uğratdınız. Siz informasiya müharibəsinin yeganə baş qəhrəmanısınız.
Möhtərəm cənab Prezident, Siz bizi bəxtəvər günlərə, xoşbəxt günlərə gətirmisiniz. Siz özünüz də xoşbəxt insansınız. Beş əsrlik dövrdə itirilmiş Azərbaycan torpaqlarını geri qaytaran qüdrətli sərkərdəsiniz. İki əsrlik Qarabağ münaqişəsini uğurla həll edən Müzəffər Ali Baş Komandansınız. Müqəddəs ata vəsiyyətini yerinə yetirən xoşbəxt övladsınız. Azərbaycan xalqını ən ülvi arzusuna çatdıran əsl xilaskarsınız. Var olun, sağ olun.
Möhtərəm cənab Prezident, Siz bizə demişdiniz ki, bizi Qarabağa qaytaracaqsınız, Ağdama qaytaracaqsınız. Çox sağ olun, bu gün Ağdamdayıq. Siz demisiniz, Qarabağı cənnətə çevirəcəyik, bir-birindən gözəl layihələr var. Bu layihələrin baş müəllifi Sizsiniz. Biz inanırıq ki, tezliklə gözəl Qarabağda asudə, şən yaşayacağıq. Həmişə Sizinlə qürur duyacağıq. Biz Sizinlə fəxr edirik, cənab Prezident. Bayramınız mübarək! Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!
Ağdam rayon Ağsaqqallar şurasının sədri Əvəz Mikayılov: Hörmətli cənab Prezident, icazə verin, çıxışımın əvvəlində Ağdam rayonunun çoxsaylı ağsaqqalları adından Sizi salamlayım, onların bütün arzularını burada Sizə çatdırım.
Əlbəttə, biz bugünkü günü çox səbirsizliklə gözləyirdik. Müharibə, nə qədər dəhşətli, nə qədər müthiş səslənir bu söz. Bu sözün arxasında minlərlə ana-bacı harayı, viran olmuş şəhərlər, kəndlər, oğul itkisi – bütün bunlar hamısı məhz 30 illik müharibədə ermənilərin bizim başımıza açdığı oyunların qısa xülasəsidir. Çox möhtəşəm bir gündür ki, biz bu günləri arxada qoyduq və bu gün Ağdamda belə bir təməlqoyma mərasimi keçirilir. Siz 44 günlük müharibə dövründə Bakıda bir çox xarici ölkə müxbirlərinin suallarını elə cavablandırdınız ki, onlar sanki mat vəziyyətinə düşürdülər. Onlar peşman olurdular ki, Sizə belə suallar veriblər. Gözləmirdilər. Əlbəttə, biz bunu Sizdən gözləyirdik. Yaxud götürək müharibədən sonrakı dövrdə Bakıda keçirdiyiniz böyük, dörd saatlıq mətbuat konfransını, hansı ki, orada Siz dörd dildə - Azərbaycan, türk, rus və ingilis dillərində bütün dünyaya ürək sözlərinizi çatdırdınız. Bütün bunlara görə, Sizinlə fəxr edirik. Sizin Ağdama bu ikinci səfəriniz, Baş Planı təsdiq etməyə gəlməyiniz biz ağdamlılar üçün böyük şərəfdir. Buna görə Sizə minnətdarlığımızı bildirir və Sizinlə fəxr edirik. Çox sağ olun.
Milli Məclisin deputatı Aqil Abbas: Möhtərəm Prezident, əvvəla Sizinlə burada olduğumuz üçün dünyanın ən xoşbəxt adamlarıyıq. Siz başda olmaqla xalqımız xoşbəxtdir. Horadizdə bayrağın altında üzü Naxçıvana dayananda, dedim ki, möhtərəm Prezident, o bayrağı ilk dəfə dövlət bayrağı kimi Ulu Öndər atanız qaldırıb. Biz, xüsusən Qarabağ camaatı inanır ki, Siz o bayrağı götürüb, düz bu yolla Naxçıvana gedəcəksiniz və bayrağı orada ucaldacaqsınız. Siz o bayrağı qaldırdınız, gətirib Şuşada ucaltdınız, Himnimizi, uvertüramızı səsləndirdiniz. Siz o bayrağı Zəngəzur dəhlizindən asacaqsınız.
Möhtərəm Prezident, Ulu Öndər Məmməd Arazın bir şeirini çox sevirdi: Dünya sənin, dünya mənim, dünya heç kimin. İndi o şeir dəyişib. İndi deyirlər, dünya sənin, dünya mənim, dünya bizim. Siz o dünyanı verdiniz bizə, bu xalqa o dünyanı verdiniz. Doğrudan, o şeirin sözlərini camaat elə oxuyur, o cürdür.
Möhtərəm Prezident, dostlar 44 günlük Zəfərimiz haqqında dedilər, mən təkrar etmək istəmirəm. Mən o zaman burada - cəbhə xəttində idim, izləyirdik. Mən başqa bir fikrimi demək istəyirəm. Ola bilər, mən bir az çox danışdım. Yenə Məmməd Arazdan demək istəyirəm. Deyir: “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim”. Siz təkcə bu Vətənin oğlu olmadınız, Siz bütün türk xalqının oğlu oldunuz. Ən böyük oğul oldunuz. Eşq olsun Sizə.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Bilirsiniz ki, müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuşdur. Mən bunu xalqa çatdırandan sonra fikirləşdim, yəqin ki, mənim həyatımda ən xoşbəxt günlərimdən biridir. Çünki birinci rayonu tam azad etmək, işğalçılardan tam təmizləmək doğrudan böyük tarixi hadisə idi və xalqımıza, ordumuza əlavə ruh verdi, inam verdi. Ondan sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. Hər dəfə öz-özümə deyirdim ki, ən xoşbəxt günlərimi yaşayıram. 10 noyabr – Ermənistanın kapitulyasiya aktı. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, o, hansı formada imzalandı. Bu günə qədər mən bilmirəm, Paşinyan onu hansı tində imzalayıb. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir.
Ondan sonra yanvarın 14-də Şuşada birinci dəfə olarkən özümə dedim ki, ən xoşbəxt günlərimi yaşayıram. Bu gün də eyni sözləri deyirəm. Əminəm ki, bizim xalqımızın həyatında bundan sonra belə xoşbəxt günlər çox olacaq. Xalqımız xoşbəxt olsun. Tezliklə doğma Ağdamı bərpa edək, vətəndaşları qaytaraq və bu gözəl diyarımız olan Qarabağ torpağında əbədi yaşayaq. Bir daha təbrik edirəm.
Yerdən: Siz başda olmaqla.
Prezident İlham Əliyev: İndi isə gedək, bizə Baş Plan haqqında məlumat versinlər.
Sonra dövlətimizin başçısı şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib.
Bölməyə aid digər xəbərlər

Tarix: 28-05-2021, 19:27 Oxunub: 181
Bölməyə aid digər xəbərlər
28-05-2021, 13:27
Prezident Ağdam şəhərinin bərpasının təməl daşını qoydu - YENİLƏNİB-5
12-05-2021, 16:07
Şuşada şəhidlərimizin əziz xatirəsi yad edildi - Video
4-12-2020, 12:19
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
28-05-2021, 13:18
İlham Əliyevə təbriklər gəlməkdə davam edir
28-05-2021, 11:09
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi