20:10 / 16-11-2024
Paşinyan Trampa zəng etdi
10:53 / 16-11-2024
APA-nın 20 illik yubileyidir
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
ATƏT Kəlbəcərdə jurnalistlərin faciəli ölümü ilə bağlı bəyanat yaydı

ATƏT Kəlbəcərdə jurnalistlərin faciəli ölümü ilə bağlı bəyanat yaydı

ATƏT bu gün Kəlbəcərdə mülki şəxslərin, o cümlədən, iki media işçisinin minaya düşərək şəhid olması ilə bağlı bəyanat yayıb.

GununNebzi.az xəbər verir ki, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro Məhərrəm İbrahimovun (Əlioğlu) və operator Sirac Abışovun ölümü ilə bağlı narahatlığını və kədərini ifadə edib:

“Yayılan məlumatlara görə, “Azərtac” və AzTV-də işləyən iki jurnalist bu gün Kəlbəcər rayonunda minanın partlaması nəticəsində vəzifə borcunu yerinə yetirərkən həlak olub. AzTV-nin rejissoru Emin Məmmədov da daxil olmaqla, digər şəxslərin xəsarət aldığı bildirilir.

Məhərrəm İbrahimov və Sirac Abışovun faciəli ölümü dəhşətli xəbərdir. Onların yaxınlarına və həmkarlarına başsağlığı verirəm”.

O vurğulayıb ki, hüquq-mühafizə orqanları məsələ ilə bağlı cinayət işi açıb, cavabdehlərin məsuliyyətə cəlb ediləcəyinə ümidvardır.

Tarix: 4-06-2021, 20:27 Oxunub: 131


Bölməyə aid digər xəbərlər