23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Fransa səfiri minaya düşən jurnalistlərlə bağlı başsağlığı verdi

Fransa səfiri minaya düşən jurnalistlərlə bağlı başsağlığı verdi

Fransanın Azərbaycandakı səfiri Zakari Qross Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərlə bağlı başsağlığı verib.

GununNebzi.az
xəbər verir ki, Qross bu barədə öz tvitter hesabında yazıb.

“Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcərdə minaya düşərək həlak olduğunu eşitdim və çox kədərləndim. Onların yaxınlarına başsağlığı verirəm”, - deyə Z. Qross qeyd edib.

Qeyd edək ki, bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalistin olduğu “Kamaz” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb. Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olublar. Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Tarix: 4-06-2021, 16:29 Oxunub: 144


Bölməyə aid digər xəbərlər