23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İtaliyalı senator Ermənistandan mina xəritələrini tələb ETDİ

İtaliyalı senator Ermənistandan mina xəritələrini tələb ETDİ

“Sülhü və təhlükəsizliyi təmin edin!”

GununNebzi.az xəbər verir ki, İtaliya Senatının “Yaşasın İtaliya” partiyasından olan üzvü, senator Mauro Maria Marino "Facebook" hesabından belə bir çağırışla Ermənistana səslənib. Beynəlxalq ictimaiyyətin Azərbaycanın yanında olduğunu vurğulayan italiyalı siyasətçi Ermənistandan işğaldan azad olunmuş ərazilərdə basdırdığı minaların xəritəsini təqdim etməyi tələb edib: "Qarabağın işğaldan azad edildiyi bir vaxtda əsas hədəf məcburi köçkünlərin öz evlərinə qaytarılmasına yönəldilməlidir. Ermənilərdən geridə qalan minalanmış, dağıdılmış ərazilər var olduqca, bu mümkün görünmür. Odur ki, müvafiq beynəlxalq qanunların tələblərinə əməl etməklə, Ermənistan mina xəritəsini təqdim etməli və əldə olunmuş razılaşmanın ( 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında Qarabağda döyüşlərin dayandırılması ilə bağlı razılaşma imzalanıb- red.) şərtlərini təmin etməlidir".

(Unikal.org)

Tarix: 7-06-2021, 23:33 Oxunub: 202


Bölməyə aid digər xəbərlər
12-03-2021, 20:08 Ombudsman bəyanat yaydı