23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ceyhun Bayramov və Lavrov Qarabağla bağlı razılaşmaları müzakirə etdilər

Ceyhun Bayramov və Lavrov Qarabağla bağlı razılaşmaları müzakirə etdilər

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.

GununNebzi.az
TASS-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən xəbər verilib.

Bildirilir ki, onlar Qarabağda humanitar məsələlərin həlli də daxil olmaqla Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi razılaşmaların həyata keçirilməsini müzakirə edib.

“Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ortaq sədrliyi ilə üçtərəfli İşçi Qrupunun regionun münaqişədən sonrakı inkişafındakı mühüm töhfəsi vurğulanıb”, - deyə açıqlamada əlavə edilib.

Tarix: 23-06-2021, 13:57 Oxunub: 155


Bölməyə aid digər xəbərlər