23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil”

“Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil”

“Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin mahiyyəti barədə intensiv və dərin fikir mübadiləsi aparmaq - bu, müzakirə olunmuş birinci məsələdir. Çünki biz arzu edirik ki, əlaqələrimizə əlavə, növbəti təkan verək”.

GununNebzi.az
xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Hətta Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirik. Bu gün səhər mən Azərbaycanda innovasiya, peyk, həmçinin, infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə tanış oldum.

Bakı limanında, həmçinin, regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanış oldum”, - Ş.Mişel qeyd edib.

“Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır.

Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır”, - o əlavə edib.

Tarix: 18-07-2021, 20:43 Oxunub: 202


Bölməyə aid digər xəbərlər