01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
11:35 / 20-11-2024
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
GununNebzi.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Görüşdə Türkiyə Böyük Millət Məclisinin sədrinin ölkəmizə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edildi. Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunularaq bildirildi ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulandı.
Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün önəmi qeyd edilərək bildirildi ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Vurğulandı ki, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri mövcuddur. Həm Türkiyə, həm də Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyinin mühüm rolu qeyd edildi.
Söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirildi.
Görüşdə Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının da uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.
Bölməyə aid digər xəbərlər

Tarix: 27-07-2021, 13:36 Oxunub: 181
Bölməyə aid digər xəbərlər
9-03-2021, 20:04
İlham Əliyev Türkiyə parlamentinin nümayəndə heyətini qəbul etdi
18-02-2021, 22:19
Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb - FOTO
26-07-2021, 18:03
Türkiyə və Pakistan parlamentlərinin sədrləri Bakıya gəldi Türkiyə və Pakistan parlamentlərinin sədrləri Bakıya gəldi
25-07-2021, 13:16
Mustafa Şentop sabah Azərbaycana gələcək
8-09-2020, 17:29
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək