23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bayramovla Çavuşoğlu yanğınlarla bağlı danışdılar

Bayramovla Çavuşoğlu yanğınlarla bağlı danışdılar

Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan dövlət başçısının tapşırığı ilə Türkiyəyə göndərilən yardımla bağlı, hər zamankı kimi, qardaş Türkiyənin yanında olduğumuzu qeyd edən nazir Ceyhun Bayramov, bundan sonra da hər cür yardımı göstərməyə hazır olduğumuzu vurğulayıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Tarix: 1-08-2021, 19:01 Oxunub: 149


Bölməyə aid digər xəbərlər