23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Zakir Həsənov Hulusi Akarla görüşdü

Zakir Həsənov Hulusi Akarla görüşdü

Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla görüşü olub.

GununNebzi.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində baş tutub.

Görüşdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son günlərdə Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilən hücum və təxribatlara toxunan Hulusi Akar Türkiyənin Azərbaycanın haqlı mübarizəsində daim yanında olacağını vurğulayıb.

Tarix: 17-08-2021, 22:37 Oxunub: 198


Bölməyə aid digər xəbərlər