23:08 / 07-11-2024
Bayden komandasını Trampla işləməyə çağırıb
21:18 / 07-11-2024
Prezident Zəfər Günü ilə bağlı - Paylaşım etdi
19:00 / 07-11-2024
Ramil Səfərov meyxanaçı Xəyyamı ziyarət etdi - Foto
18:51 / 07-11-2024
Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı möhtəşəm konsert proqramı təşkil olunacaq
18:49 / 07-11-2024
COP29 müddətində Bakı, Sumqayıt və Abşeronda...
18:46 / 07-11-2024
AZCON yaradıldı
18:43 / 07-11-2024
Prezident Siyavuş Kərimini təltif etdi
18:41 / 07-11-2024
Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymur
18:15 / 07-11-2024
Prezidentin Mərkəzi Parkdan maraqlı - Fotoları
18:13 / 07-11-2024
Nigar Rüfət tibb işçisi deyilmiş - Rəsmi
18:08 / 07-11-2024
Hikmət Mirzəyev general-polkovnik oldu
18:08 / 07-11-2024
İlham Əliyev onlara ali hərbi rütbələr verdi - Siyahı
18:04 / 07-11-2024
Prezidentdən Fərid Seyidovla bağlı - Sərəncam
18:03 / 07-11-2024
Onlara general-mayor rütbəsi verildi - Adlar
15:38 / 07-11-2024
“Aparıcılar polisə, prokurora tapşırıqlar verirlər”
15:37 / 07-11-2024
Şarl Mişel Azərbaycana gələcək
12:45 / 07-11-2024
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda
12:18 / 07-11-2024
Bakı – Sumqayıt qatarında ŞOK görüntülər - VİDEO
12:17 / 07-11-2024
Nazir müdir müavinini işdən çıxardı - Yeni təyinat
12:08 / 07-11-2024
Zaqatalada bir həftədə ikinci körpə ölümü
12:06 / 07-11-2024
Prezident Böyükşor-Pirşağı yolunun açılışını etdi - Fotolar
09:28 / 07-11-2024
Bayden Ukrayna üçün son hərbi paketi hazırlayır
09:21 / 07-11-2024
“Trampla bu barədə razılığa gəldik” - Zelenski
23:10 / 06-11-2024
Fətullah Gülənin nəvəsi ABŞ ordusunun zabiti çıxdı - FOTO
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
19:33 / 06-11-2024
Prezidentin Qırğızıstana səfəri başa çatdı
19:32 / 06-11-2024
Penitensiar xidmətlə DİN birgə əməliyyat keçirdi
16:13 / 06-11-2024
Sərnişinlərlə dava edən sürücüyə töhmət verildi - Açıqlama - Video
16:11 / 06-11-2024
Həmin 3 gündə metronun iş saatı dəyişəcək
16:10 / 06-11-2024
Sabiq deputata vəzifə verildi - Foto
Prezident yəhudi icmasını təbrik etdi
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib.
GununNebzi.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Yəhudi xalqının yeni il bayramı – Roş ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Mədəniyyətlərarası və dinlərarası harmoniyanın hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin nümayəndələri əsrlərdən bəri sülh və əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində yaşayırlar. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunması, milli azlıqların dil və mədəniyyətinin inkişafı dövlətin daimi himayəsi altındadır. Bu siyasət milli-tarixi ənənəyə və beynəlxalq hüquqi prinsiplərə sadiq Azərbaycan üçün prioritet istiqamətlərdəndir.
Dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınan Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Yüz illərdir ölkəmizdə məskunlaşan yəhudilər burada heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmamış, öz dilini, mədəniyyətini, dini inanc və adət-ənənələrini günümüzədək qoruyub saxlamışlar.
Məmnunluq hissi ilə qeyd edirəm ki, Qarabağın işğaldan azad olunmasında yəhudi əsilli vətəndaşlarımız respublikamızda yaşayan bütün xalqların nümayəndələri ilə birgə əsl qəhrəmanlıq nümunələri nümayiş etdirmişlər. Yəhudi icması bu gün də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində uğurla fəaliyyət göstərir.
Yeniliyin, mənəvi saflığın, həmrəylik və xeyirxahlığın rəmzi olan Roş ha-Şana ilə əlaqədar bir daha hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!”
Bölməyə aid digər xəbərlər

Tarix: 3-09-2021, 17:31 Oxunub: 151
Bölməyə aid digər xəbərlər
16-09-2020, 17:22
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
5-01-2021, 18:03
Prezident pravoslav xristian icmasının Milad bayramını təbrik etdi
28-07-2020, 13:25
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
11-05-2021, 13:12
İlham Əliyevdən xalqa Ramazan təbriki