00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
13:31 / 11-11-2024
Quterreş Bakıdadır
“Ermənistanın törətdiyi ekoloji cinayətlərlə bağlı istintaq aparılır”

“Ermənistanın törətdiyi ekoloji cinayətlərlə bağlı istintaq aparılır”

“Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji cinayətlərlə bağlı istintaq aparılır. Prezident İlham Əliyevin tapşırığına əsasən, bununla bağlı qurumlararası komissiya da yaradılıb”.

GununNebzi.az
“AzərTAc”a istinadən xəbər verir ki, bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.

Hazırda bu komissiyanın səmərəli fəaliyyət göstərdiyini vurğulayan Kamran Əliyev vurğulayıb ki, komissiyaya daxil olan hər bir qurum öz fəaliyyət istiqaməti üzrə Ermənistan tərəfindən Azərbaycana vurulan ziyanın məbləğini təyin edir:

“Yəni, ekologiya sahəsi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, tarixi abidələrimizə, mədəniyyətimizə dəyən ziyanla bağlı Mədəniyyət Nazirliyi, iqtisadiyyata vurulan ziyan, yəni işğal dövrü ərzində aparılan qanunsuz biznes fəaliyyətləri ilə bağlı İqtisadiyyat Nazirliyi araşdırma aparır. Araşdırmaların nəticələri prokurorluğa təqdim edilib və bu işlərə baxılıb. Cinayət işinin açılması üçün kifayət qədər əsaslar var. Hazırda həmin işlər üzrə istintaq prosesi aparılır.

Biz digər ölkələrin hüquq-mühafizə orqanlarına da qarşılıqlı hüquqi yardımın göstərilməsi ilə bağlı müraciətlər etmişik və onlarla intensiv əlaqələr saxlayırıq. Bu nəticələr toplandıqdan sonra istintaq materialları beynəlxalq məhkəmələrdə istifadə olunacaq”.

Tarix: 4-09-2021, 09:31 Oxunub: 136


Bölməyə aid digər xəbərlər