13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
AZAL-ın vitse-prezidentindən Füzuli aeroportu ilə bağlı - Açıqlama

AZAL-ın vitse-prezidentindən Füzuli aeroportu ilə bağlı - Açıqlama

“Bu gün təkcə Azərbaycan aviatorları üçün deyil, hər birimiz üçün, bütün Azərbaycan üçün əlamətdar gündür”.

GununNebzi.az
xəbər verir ki, bunu Füzuli aeroportuna ilk sınaq uçuşundan sonra jurnalistlərə açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.

“Qarabağımızın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanında dünyanın iki nəhəng hava gəmisi - “AZAL”a məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi və “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi öz texniki uçuşlarını yerinə yetiriblər.


Bizim hər birimizin keçirdiyi hissləri sözlərlə ifadə etmək qeyri-mümkündür.

Sadəcə, təsəvvür eləsək ki, cəmi bir il öncə bu torpaqlar düşmən tapdağı altında idi, 11 ay öncə buralarda qızğın döyüşlər gedirdi, bugünkü möhtəşəmliyi özünüz görürsünüz.

Artıq Şərqi Zəngəzur bölgəsində də iki hava limanının inşasına başlanılıb. Qarşıdakı illərdə o tədbirlərdə birgə iştirak edəcəyik”, - o qeyd edib.

Tarix: 5-09-2021, 14:07 Oxunub: 214


Bölməyə aid digər xəbərlər