23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Kərim Vəliyev Türkiyəyə getdi

Kərim Vəliyev Türkiyəyə getdi

Azərbaycanın Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyədə rəsmi səfərdədir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyəyə həyata keçirilir. Səfər sentyabrın 14-dək davam edəcək.

Tarix: 12-09-2021, 17:44 Oxunub: 167


Bölməyə aid digər xəbərlər