21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Prezident BMT-nin iclasında pandemiyaya nəzarətdən danışdı

Prezident BMT-nin iclasında pandemiyaya nəzarətdən danışdı

cənab Abdulla Şahidi BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri seçilməsi münasibətilə təbrik edir, ona vəzifəsinin icrasında uğurlar diləyirəm. Həmçinin, qardaş Türkiyədən olan cənab Volkan Bozkıra BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri qismində liderliyinə görə dərin minnətdarlığımı bildirirəm”.

GununNebzi.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, COVID-19 pandemiyası bütün dünya üçün ciddi çətinliklər doğurmaqda davam edir:

“Hökumətimiz ilk günlərdən əhalinin qorunması və pandemiyanın mənfi təsirinin minimuma endirilməsi məqsədilə mühüm və praktiki tədbirlər həyata keçirir.

Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndləmə kampaniyasına başlayıb. Hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən artıqdır.

COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib.

Düzgün planlaşdırılmış tədbirlərin həyata keçirilməsi nəticəsində pandemiya ilə bağlı vəziyyət nəzarət altında saxlanılıb və ölkəmizdə tətbiq olunmuş karantin rejimi tədricən yumşaldılıb. Pandemiya ilə mübarizə sahəsində Azərbaycanın müfəssəl səyləri beynəlxalq səviyyədə qəbul edilib. 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb.

Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib. Biz, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı etmişik. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişik”.

Tarix: 24-09-2021, 09:36 Oxunub: 206


Bölməyə aid digər xəbərlər