17:59 / 08-11-2024
Bayraq Meydanında əl-ələ... - Fotolar
17:54 / 08-11-2024
Prezidentin Zəfər parkından ailəvi - Fotoları
17:50 / 08-11-2024
Vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edildi
12:20 / 08-11-2024
Prezident oğlu ilə Bayraq Meydanında - Fotolar - Video
12:17 / 08-11-2024
İlham Əliyev ailə üzvləri ilə Dövlət Bayrağı Meydanında
12:15 / 08-11-2024
Prezident xanımı və oğlu ilə Zəfər parkının açılışında - Fotolar
12:14 / 08-11-2024
İkinci Şəhidlər xiyabanında Zəfər abidəsi! - Fotolar
11:01 / 08-11-2024
Prezident və ailəsi Zəfər parkının açılışında iştirak etdi
10:59 / 08-11-2024
Prezidentdən Şuşa ilə bağlı paylaşım - Video
10:58 / 08-11-2024
DİN-dən Zəfər Günü paylaşımı - Video
06:55 / 08-11-2024
General rütbəsi verilən zabit sabiq nazirin oğlu imiş
06:51 / 08-11-2024
Zelenski də təsdiqlədi: Koreya ordusu itkilər verdi
06:50 / 08-11-2024
"Qurdlar vadisi"nin aktyoru Azərbaycana köçdü
06:44 / 08-11-2024
Azərbaycanda 6 günlük bayram tətili başladı
01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
01:06 / 08-11-2024
Cəlilabadda avtomobil yeniyetməni vuraraq ÖLDÜRDÜ
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
23:08 / 07-11-2024
Bayden komandasını Trampla işləməyə çağırıb
21:18 / 07-11-2024
Prezident Zəfər Günü ilə bağlı - Paylaşım etdi
19:00 / 07-11-2024
Ramil Səfərov meyxanaçı Xəyyamı ziyarət etdi - Foto
18:51 / 07-11-2024
Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı möhtəşəm konsert proqramı təşkil olunacaq
18:49 / 07-11-2024
COP29 müddətində Bakı, Sumqayıt və Abşeronda...
18:46 / 07-11-2024
AZCON yaradıldı
18:43 / 07-11-2024
Prezident Siyavuş Kərimini təltif etdi
18:41 / 07-11-2024
Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymur
18:15 / 07-11-2024
Prezidentin Mərkəzi Parkdan maraqlı - Fotoları
18:13 / 07-11-2024
Nigar Rüfət tibb işçisi deyilmiş - Rəsmi
18:08 / 07-11-2024
Hikmət Mirzəyev general-polkovnik oldu
18:08 / 07-11-2024
İlham Əliyev onlara ali hərbi rütbələr verdi - Siyahı
18:04 / 07-11-2024
Prezidentdən Fərid Seyidovla bağlı - Sərəncam
Prezidentdən Ermənistan-Türkiyə münasibətləri haqda açıqlama
“Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına gəlincə, əlbəttə, biz istəyirik ki, bütün bölgədə sülh olsun. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 platforması hesab edirəm ki, bunun ən gözəl yolu ola bilər”.
GununNebzi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, ancaq Ermənistan hələ ki, buna razılıq verməyib: “İndi bu, Türkiyə Prezidenti tərəfindən səslənir, Ermənistana şans verilir. Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq Ermənistan bunun əleyhinə çıxır. Bunun əleyhinə çıxan Ermənistan indi bəyan edir ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Əgər normallaşdırmaq istəyirsənsə, sən, ilk növbədə, bu təklifə müsbət cavab ver. Əks təqdirdə, burada yenə təzad yaranır, yəni, anlaşılmazlıq yaranır. Əgər nə vaxtsa Ermənistan tərəfindən səslənən rəsmi açıqlamalar gerçək siyasətlə uzlaşsa, o zaman, əlbəttə ki, təhlil etmək daha asan olacaq. Bir də siz də yaxşı bilirsiniz ki, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir. Öz konstitusiyasını yenidən işləyib qəbul etməlidir. Ermənistan kimi gücsüz və bu gün tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi nəhəng ölkəyə qarşı necə torpaq iddiasında ola bilər? Bu, psixi xəstəliyə bənzəyən bir şeydir. Ona görə Türkiyəyə və Azərbaycana qarşı iddialardan əl çəkməlidirlər. Azərbaycanla olan münasibətləri normallaşdırmalıdırlar və mən əminəm ki, Türkiyə tərəfi hər zaman bölgədə sülhün və genişmiqyaslı əməkdaşlığın tərəfdarı olub. Bu gün də belədir və Türkiyədən çox müsbət siqnallar gəlir”.
Prezidentin sözlərinə görə, Ermənistanda bunu gərək çox düzgün dəyərləndirsinlər: “Təəssüf ki, İkinci Qarabağ müharibəsindən əvvəlki iki il ərzində Azərbaycan tərəfindən verilən müsbət siqnallar orada yanlış anlaşıldı - bir zəiflik kimi, bir gücsüzlük kimi. Biz, sadəcə olaraq, qan tökmək istəmirdik. Biz gücümüzü bilirdik və bilirdik ki, biz bu məsələni güc yolu ilə həll edə bilərik. Ermənistan isə buna inanmırdı. İndi də hələ gec deyil. Yeni yaranmış reallığı düzgün dərk etsin, bu reallığa görə addımlar atsın, xəritəyə baxıb öz yerini orada tapsın, əgər tapa bilərsə, bir nöqtədir xəritədə və buna uyğun addımlar atsın. Belə olan halda, əlbəttə ki, bölgədə genişmiqyaslı əməkdaşlıq mümkündür”.
Bölməyə aid digər xəbərlər

Tarix: 28-09-2021, 13:08 Oxunub: 156
Bölməyə aid digər xəbərlər
14-08-2021, 22:20
“Belə görünür ki, Ermənistan buna hazır deyil”
26-02-2021, 17:19
"Azərbaycan Ermənistan sərhədi açılırsa Türkiyə-Ermənistan sərhədi bağlı olmamalıdır"
15-02-2021, 15:33
"Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir" – Ali Baş Komandan