09:35 / 26-12-2024
Yeni ili qızı ilə keçirməyə gedirmiş
09:30 / 26-12-2024
“Hadisənin səbəbləri barədə indi heç nə deyə bilmərik”
09:29 / 26-12-2024
“Reanimasiyada olan üç nəfərdən başqa hamısı yaxşıdır”
00:24 / 26-12-2024
Azərbaycanda matəmdir
23:09 / 25-12-2024
19 il sonra, yenə dekabr, yenə Aktau...
23:05 / 25-12-2024
AZAL-ın təyyarəsi dronla vurulub? - Video
23:01 / 25-12-2024
Matəm günü ilə bağlı mədəni-kütləvi tədbirlər təxirə salındı
21:15 / 25-12-2024
“Ekipaj üzvlərindən ikisi həlak olub”
21:14 / 25-12-2024
Qara qutu tapıldı!
21:11 / 25-12-2024
Təyyarə qəzasında ölənlərin sayı açıqlandı
18:47 / 25-12-2024
Qəza ilə bağlı müşavirənin - Videosu
16:16 / 25-12-2024
Azərbaycanda matəm elan olundu
16:16 / 25-12-2024
Ailələrinə yardım göstəriləcək - Prezidentdən tapşırıq
13:31 / 25-12-2024
AZAL sərnişin və ekipaj üzvlərinin adlarını açıqladı - Siyahı
13:29 / 25-12-2024
Qəza ilə bağlı komissiya yaradıldı - Siyahı
13:28 / 25-12-2024
İlham Əliyev Rusiyaya səfərini yarımçıq qoyaraq geri döndü
13:01 / 25-12-2024
İlham Əliyevin tapşırığı ilə dövlət nümayəndələri Qazaxıstana yola düşdü
12:39 / 25-12-2024
Göyərtədə 67 nəfər olub - Rəsmi
12:37 / 25-12-2024
AZAL-ın sərnişin təyyarəsi qəzaya düşdü - Yenilənir - Video
10:34 / 25-12-2024
Suriyadan İrana - Xəbərdarlıq
10:33 / 25-12-2024
Cinayətkarlığı təbliğ edən şəxsdən avtomat götürüldü - Foto
01:45 / 25-12-2024
Əsəd ailəsinin adını daşıyan xəstəxanaların adları dəyişdiriləcək
20:20 / 24-12-2024
Baş nazirdən əcnəbilərin nikaha daxil olması ilə bağlı yeni - Qayda
18:35 / 24-12-2024
İlham Əliyev qızlarını da təltif etdi - Foto
18:33 / 24-12-2024
“Rəislər pulları siyahı ilə gətirib mənə verirdilər”
18:29 / 24-12-2024
Prezidentdən məhkəmələrlə bağlı Fərman
18:27 / 24-12-2024
Bu QSC-yə 20 milyon ayrıldı - Sərəncam
17:04 / 24-12-2024
Prezident nəvələrinə “Təşəkkürnamə” verdi - Foto
16:59 / 24-12-2024
Sədr Aydan Rəcəbovanı rəis təyin etdi
15:57 / 24-12-2024
Prezident ilin idman yekunlarına dair mərasimdə - Fotolar - Yenilənib
15:48 / 24-12-2024
İlhamə Elşadqızı da saxlanıldı
15:45 / 24-12-2024
Türkiyədə fabrikdə partlayış - 12 ölü, 5 yaralı - Video - Yenilənib
DTX rəisindən SƏRT XƏBƏRDARLIQ: Ölkədə sabitliyi pozmaq istəyənlər...
Mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır, qonşu dövlətlərlə respublikamız arasında olan münasibətlərin gərginləşməsinə çalışır.
GununNebzi.az DTX-nin saytına istinadən xəbər verir ki, bunu DTX-nin rəisi general-polkovnik Əli Nağıyev “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimində çıxışı zamanı deyib.
Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirin keçirilməsinin əhəmiyyətinə toxunaraq hazırkı dönəmdə respublikamızın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı səylərin birləşdirilməsinin vacibliyindən bəhs etmiş, aidiyyəti qurumların koordinasiyalı şəkildə mümkün risklərlə səmərəli mübarizəsindən danışmışdır.
Vurğulanmışdır ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir. Belə ki, mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima ölkəmizə qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır, qonşu dövlətlərlə respublikamız arasında olan münasibətlərin gərginləşməsinə çalışır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin ölkəmizə qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür.
General-polkovnik Əli Nağıyev ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat vermiş, bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsinin də narahatlıq doğuran məsələlərdən biri olduğunu və həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırmışdır.
Çıxışında informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin, koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizlik arxitekturasına təsirlərindən də danışan DTX rəisi vurğulamışdır ki, respublikamızda mövcud sabitliyin pozulmasına yönəlmiş bütün sadalanan hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcəkdir.
Bölməyə aid digər xəbərlər

Tarix: 26-10-2021, 11:54 Oxunub: 155
Bölməyə aid digər xəbərlər
26-10-2021, 11:45
Əli Nağıyev, Ramil Usubov və Hikmət Hacıyev milli təhlükəsizliklə bağlı tədbirdə - Fotolar
29-04-2021, 11:41
Əli Nağıyev Gürcüstana səfər etdi - Fotolar
22-06-2021, 19:40
DTX rəisi Pakistan Quru Qoşunları komandanı ilə görüşdü