23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Yevlaxın icra başçısından yerli məmurlara xəbərdarlıq

Yevlaxın icra başçısından yerli məmurlara xəbərdarlıqYevlax Şəhər İcra Hakimiyyətində videomüşavirə keçirilib.

gununnebzi.az "Report"-a istinadən xəbər verir ki, əlaqədar təşkilat rəhbərlərinin də iştirak etdiyi müşavirədə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində həyata keçirilən işlər bir daha müzakirə olunub, görülən işlərə nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verilmişdir.

Müşavirədə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev respublika ərazisində aparılan kompleks tədbirlərdən, sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. İcra başçısı bildirib ki, dövlət rəhbəri tərəfindən ölkədə korrupsiyaya və digər qanun pozuntularına qarşı ciddi mübarizə aparılır: "Proses göz qabağındadır. Məmurlar bütün bunlardan nəticə çıxarmalıdırlar".

Bununla yanaşı o, vətəndaşların ödənişli ictimai işlərə cəlb edilməsi, eləcə də aztəminatlı ailələrə yardımların göstərilməsi məsələlərinin rayon hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.


Tarix: 1-05-2020, 15:04 Oxunub: 104


Bölməyə aid digər xəbərlər