13:09 / 15-11-2024
Sülh müqaviləsi nə vaxt imzalana bilər? - Ceyhun Bayramovdan açıqlama
13:06 / 15-11-2024
Bakının bu hissəsində su olmayacaq
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
13:03 / 15-11-2024
Bəzi liderlərin COP29-da iştirak etməməsinə - Rəsmi münasibət
13:00 / 15-11-2024
Bakıda araqdan zəhərlənən kişi öldü
11:28 / 15-11-2024
Əli Əsədov BMT İnkişaf Proqramının administratoru ilə görüşdü
11:26 / 15-11-2024
Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…
11:24 / 15-11-2024
İran Prezidentindən nüvə silahı ilə bağlı - Açıqlama
21:29 / 14-11-2024
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb
21:14 / 14-11-2024
Bakıda yeni dələduz peyda olub: Maşınları götürüb metalloma verir
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
21:09 / 14-11-2024
“Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
16:37 / 14-11-2024
Bolqarıstanın birinci xanımı Şamaxıda - Fotolar
16:36 / 14-11-2024
Ağadadaş Ağayev məhkəməyə gəldi - Video - Yenilənib
11:14 / 14-11-2024
Xəstəxanada vurulan iynədən şoka düşüb öldü
11:14 / 14-11-2024
“Rusiya Tramp administrasiyası ilə təmaslara hazırdır”
23:11 / 13-11-2024
Bayden Trampla görüşdü - Fotolar
23:09 / 13-11-2024
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol matçında vəfat etdi
20:35 / 13-11-2024
İlham Əliyev Mixail Mişustinlə görüşdü - Yenilənib
20:32 / 13-11-2024
Prezidentin bu çıxışını bütün salon alqışladı - Video
15:54 / 13-11-2024
Prezident Pakistanın Baş naziri ilə görüşdü - Fotolar
15:52 / 13-11-2024
Ronaldinyo Bakıda yeniyetmə futbolçularla görüşdü - Video
15:48 / 13-11-2024
Çay sahilində meyit tapıldı - Foto
15:47 / 13-11-2024
Sabahdan bu marşrutların hərəkəti bərpa edilir - Siyahı
12:55 / 13-11-2024
"COP29-u dönüş nöqtəsi kimi görürük" - Türkiyəli nazir
12:54 / 13-11-2024
Prezident Odil Reno-Basso ilə görüşdü - FOTOLAR
12:17 / 13-11-2024
Bakıda üçtərəfli görüş oldu - Fotolar
12:12 / 13-11-2024
“Bakının təmizliyi və gözəlliyi məni valeh etdi” - Tokionun qubernatoru
10:22 / 13-11-2024
Tramp Maskın vəzifəsini açıqladı
07:43 / 13-11-2024
Mehriban Əliyeva Prezidenti tarixi çıxışına görə belə təbrik etdi - Video
Aclıq edən cəbhəçi ilə bağlı Prezidentə müraciət OLUNDU
Bir qrup QHT və media rəhbərləri, hüquq müdafiəçiləri hazırda həbsdə olan, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi proseslərinin və birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olmuş, Başkəndin azad edilməsində müstəsna rol oynamış Saleh Rüstəmovla bağlı Prezident İlham Əliyevə müraciət edib.
GununNebzi.az xəbər verir ki, Müraciətdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Hörmətli cənab Prezident !
Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Rüstəmov Saleh Məhərrəm oğlunun səhhətində ciddi problemlər yaranıb. Hazırda cəza çəkdiyi müəssisədə 10 gündən artıqdır ki, davamlı aclıq aksiyası keçirməsi onun səhhətindəki problemləri daha da kəskinləşdirib. Proseslərin bu cür gedişi onun həyatının real təhlükə altında olduğunu və həyatını itirəcəyi ehtimalını artırır.
Hörmətli cənab Prezident!
Saleh Rüstəmov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə – Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində vaxtilə böyük rol oynamış, uğurlu Başkənd əməliyyatında igidliklə iştirak etmişdir. Eyni zamanda, o, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi proseslərinin fəal iştirakçılarındandır.
Bunlardan əlavə, hazırda onun övladı 20 ilə yaxındır ki, böyrək çatışmazlığından əziyyət çəkir və ailə hələ də aradan qaldırıla bilməyən bu problemlə məşğul olmaqdadır.
Hörmətli cənab Prezident!
İnsanların öz dövlətindən humanizm gözləntiləri həmişə böyük olub və Zəfər Günü münasibətilə Sizin təşəbbüsünüzlə verilən Amnistiya aktı da bu gözləntilərin bariz nümunələrindəndir.
Bütün bunlara görə Sizə böyük inam və ehtiramla müraciətlə xahiş edirik ki, Rüstəmov Saleh Məhərrəm oğlunun cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi ilə bağlı öz səlahiyyətləriniz daxilində müvafiq göstəriş verəsiniz.
Belə bir addım həm də, yaşadığımız hazırkı Zəfər günlərində Sizin ictimai fikirdə yüksək minnətdarlıqla qarşılanan tədbirləriniz içərisində xeyirxah nümunələrdən biri olardı.
Hörmətlə,
1. Novella Cəfəroğlu
Hüquq Müdafiə Təşkilatının Monitorinq Qrupunun üzvü
2. Səidə Qocamanlı

3. Səadət Bənənyarlı

4. Çingiz Qənizadə

5. Əliməmməd Nuriyev
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru
6. Hafiz Həsənov
Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri
7. Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti
8. Əvəz Həsənov
“Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri
9. Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri
10. Eldar Zeynalov
Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru
11. Bahəddin Həziyev
“Bizim yol” qəzetinin Baş redaktoru
12. Mehriban Zeynalova
“Təmiz Dünya” İctimai Birliyinin sədri
13. Qulu Məhərrəmli
BDU, Professor
14. Arif Əliyev
“Yeni nəsil” Jurnalistlər Birliyinin rəhbəri
15. Elşad Eyvazlı
“Modern.az” xəbər portalının təsisçisi və baş direktoru
16. Xanoğlan Əhmədov
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri
17. Mehman Əliyev
“Turan” İnformasiya Agentliyinin direktoru
18. Qorxmaz İbrahimli
“Biosfer” İctimai Birliyinin rəhbəri
19. Mirvari Qəhrəmanlı
“Neftçilərin hüquqlarını müdafiə Komitəsi” İctimai Birliyinin rəhbəri
20. Sabit Bağırov
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri
21. Mirəli Hüseynov
“Demokratiyanı öyrənmə” İctimai Birliyinin rəhbəri
Bölməyə aid digər xəbərlər

Tarix: 19-11-2021, 12:24 Oxunub: 247
Bölməyə aid digər xəbərlər
19-05-2021, 13:30
Bakıda cəzaçəkmə müəssisəsində 28 yaşlı məhbus öldü
11-06-2020, 19:08
Sloveniya Respublikasının Prezident Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
17-09-2020, 19:50
Zeynəb Xanlarova Tofiq Yaqubluya görə Prezidentə MÜRACİƏT ETDI
30-12-2020, 12:08
İlham Əliyev bir qrup şəhidin anasına Azərbaycan vətəndaşlığı verdi
19-03-2021, 11:18
"Cənab Prezidentə insan hüquqlarına verdiyi dəyərə görə təşəkkürümüzü bildiririk" - Ombudsman