16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
İlham Əliyev hərbi xidmətlə bağlı sərəncamı imzaladı

İlham Əliyev hərbi xidmətlə bağlı sərəncamı imzaladı

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

GununNebzi.az
xəbər verir ki, sərəncama əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2022-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Tarix: 23-11-2021, 17:14 Oxunub: 140


Bölməyə aid digər xəbərlər