23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanla İran bu məsələdə razılığa gəldi

Azərbaycanla İran bu məsələdə razılığa gəldi

“İranın həm dövlət, həm də özəl şirkətləri tərəfindən müraciətlər daxil olub və bu müraciətlər nəzərdən keçirilir”.

GununNebzi.az
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Bakıda keçirilən birgə mətbuat konfransında İran şirkətlərinin azad olunan ərazilərdə bərpa işlərində iştirakı ilə bağlı suala cavab verərkən deyib.

“Layihələrin birinin icrasına yaxın zamanda başlanılacaq. Bu gün müzakirə olunan mövzulardan biri də İranın minatəmizləmə sahəsində olan təcrübəsidir. Qərar alındı ki, ANAMA ilə İranın aidiyyəti şirkətləri müzakirələri davam etdirsinlər”, - C.Bayramov bildirib.

Tarix: 22-12-2021, 21:57 Oxunub: 248


Bölməyə aid digər xəbərlər