01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Daha bir nazirlik işçilərinin maaşları artırıldı

Daha bir nazirlik işçilərinin maaşları artırıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Fərman imzalayıb.

GununNebzi.az
xəbər verir ki, Fərmana əsasən, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Tarix: 23-12-2021, 17:28 Oxunub: 192


Bölməyə aid digər xəbərlər