15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Prezidentin fəaliyyəti ilə bağlı rəy sorğusunun nəticələri açıqlandı

Prezidentin fəaliyyəti ilə bağlı rəy sorğusunun nəticələri açıqlandı

Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı keçirdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb.

GununNebzi.az
xəbər verir ki, mərkəz tərəfindən ötən dövrlərdəki ənənəyə uyğun olaraq, Prezidentin cari ilin ikinci yarısı üzrə yüksək ictimai-siyasi fəaliyyəti vətəndaş rəyində qiymətləndirilib.

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, rəy sorğusu təqvim etibarilə mühüm tarixi məqama, postmüharibə dövrünə, Qarabağın bərpa və quruculuq mərhələsinə təsadüf edir. Sorğu zəfərin 1 illiyini qiytmətləndirməyə imkan verir. Naxçıvan Muxtar Respublikası və azad olunan ərazilər istisna olmaqla bütün regionları əhatə edən sorğuda 1162 respondentin rəyi öyrənilib. Sorğunun nəticələrinə görə, Prezidentə inam 90 faizin üzərindədir.

Sorğuda iştirak edən vətəndaşların Prezidentə inam etimadı bəndi üzrə 91,2 % dövlət başçısına tam etibar etdiyini söyləyib, 6,9 % isə əsasən etibar etdiyi cavabını verib. Respondentlərin əhəmiyyətli hissəsi Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldıracağını (60,4%), Türkiyə ilə birbaşa hərbi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyacağını (61,6%), Azərbaycan və Türkiyənin Türk dünyasının milli maraqları və türk həmrəyliyi üçün örnək rolunu oynayacağını (50,6%) düşünür.

Zəngəzur nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ilə Azərbaycanın öz eksklavı olan Naxçıvanla və qardaş ölkə Türkiyə ilə əlaqələrinin güclənəcəyinə (74%), Türk dünyasında birliyin güclənməsinə xidmət edəcəyinə (54,7%), Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını (53,5%), Türkiyə və Azərbaycanın Türk dünyasına birbaşa çıxışını təmin edəcəyinə (34,8%) əminlik ifadə olunub.
Respondentlər Füzulidə ilk dəfə beynəlxalq hava limanının açılmasını, Zəngilan və Laçında hava limanlarının inşasının planlaşdırılmasını Azərbaycanın turizm sektorunun inkişafına müsbət təsir (75,9%), regionun iqtisadi inkişafına töhfə (57,3%), Qarabağa səfərlərin vaxt baxımından qısalması (52,7%), məşğulluğa əlavə dəstək kimi (25,5%) şərh edib.

Tarix: 24-12-2021, 18:14 Oxunub: 168


Bölməyə aid digər xəbərlər