23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Müdafiə naziri Türkiyəyə başsağlığı verdi

Müdafiə naziri Türkiyəyə başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

GununNebzi.az
nazirliyə istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Şanlıurfanın Akçakale bölgəsində xaincəsinə edilmiş terror hücumu nəticəsində, şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.

Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".

Tarix: 9-01-2022, 12:11 Oxunub: 201


Bölməyə aid digər xəbərlər