23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Aİ sərhəddəki gərginlikdən narahatdır

Aİ sərhəddəki gərginlikdən narahatdır

“Azərbaycan-Ermənistan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçiririk”.

GununNebzi.az
xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz rəsmi tviter hesabında yazıb.

Onun sözlərinə görə, tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusilə də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında yaradılan Müdafiə Nazirlikləri arasında “qaynar xətt”dən tam istifadə edilməsi vacibdir.

Klaar Aİ-nin tərəflərlə işləməyə, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı işlərə əlavə dəstək verməyə hazır olduğunu bir daha vurğulayıb.

Tarix: 12-01-2022, 15:19 Oxunub: 136


Bölməyə aid digər xəbərlər