17:59 / 08-11-2024
Bayraq Meydanında əl-ələ... - Fotolar
17:54 / 08-11-2024
Prezidentin Zəfər parkından ailəvi - Fotoları
17:50 / 08-11-2024
Vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edildi
12:20 / 08-11-2024
Prezident oğlu ilə Bayraq Meydanında - Fotolar - Video
12:17 / 08-11-2024
İlham Əliyev ailə üzvləri ilə Dövlət Bayrağı Meydanında
12:15 / 08-11-2024
Prezident xanımı və oğlu ilə Zəfər parkının açılışında - Fotolar
12:14 / 08-11-2024
İkinci Şəhidlər xiyabanında Zəfər abidəsi! - Fotolar
11:01 / 08-11-2024
Prezident və ailəsi Zəfər parkının açılışında iştirak etdi
10:59 / 08-11-2024
Prezidentdən Şuşa ilə bağlı paylaşım - Video
10:58 / 08-11-2024
DİN-dən Zəfər Günü paylaşımı - Video
06:55 / 08-11-2024
General rütbəsi verilən zabit sabiq nazirin oğlu imiş
06:51 / 08-11-2024
Zelenski də təsdiqlədi: Koreya ordusu itkilər verdi
06:50 / 08-11-2024
"Qurdlar vadisi"nin aktyoru Azərbaycana köçdü
06:44 / 08-11-2024
Azərbaycanda 6 günlük bayram tətili başladı
01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
01:06 / 08-11-2024
Cəlilabadda avtomobil yeniyetməni vuraraq ÖLDÜRDÜ
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
23:08 / 07-11-2024
Bayden komandasını Trampla işləməyə çağırıb
21:18 / 07-11-2024
Prezident Zəfər Günü ilə bağlı - Paylaşım etdi
19:00 / 07-11-2024
Ramil Səfərov meyxanaçı Xəyyamı ziyarət etdi - Foto
18:51 / 07-11-2024
Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı möhtəşəm konsert proqramı təşkil olunacaq
18:49 / 07-11-2024
COP29 müddətində Bakı, Sumqayıt və Abşeronda...
18:46 / 07-11-2024
AZCON yaradıldı
18:43 / 07-11-2024
Prezident Siyavuş Kərimini təltif etdi
18:41 / 07-11-2024
Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymur
18:15 / 07-11-2024
Prezidentin Mərkəzi Parkdan maraqlı - Fotoları
18:13 / 07-11-2024
Nigar Rüfət tibb işçisi deyilmiş - Rəsmi
18:08 / 07-11-2024
Hikmət Mirzəyev general-polkovnik oldu
18:08 / 07-11-2024
İlham Əliyev onlara ali hərbi rütbələr verdi - Siyahı
18:04 / 07-11-2024
Prezidentdən Fərid Seyidovla bağlı - Sərəncam
“O tərəfdən bizim işçilərə müntəzəm olaraq atəş açılır”
“Keçən il çox böyük proqram icra edilməyə başlanmışdır. Bu işləri sadalamaq üçün çox vaxt lazımdır. Amma əsas məsələləri mən bir daha qeyd etməliyəm, Azərbaycan vətəndaşları görsün ki, müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu, doğrudan da miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır”.
GununNebzi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, bu proqramın özəlliyi ondadır ki, biz heç kimdən yardım istəmədən və almadan öz vəsaitimiz hesabına bunu həyata keçiririk:
“Əlbəttə ki, burada da ardıcıllıq olmalı idi. Bu ardıcıllıq məntiqə əsaslanmalı idi. İlk növbədə, nə lazımdır? İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi fəal işləyirlər, eyni zamanda, Fövqəladə Hallar Nazirliyi. Bu proses gedir. Əfsuslar olsun ki, bu günə qədər biz insanları itiririk.
Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı - mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıb. Ona görə bu işləri görmədən biz genişmiqyaslı qayıdış proqramına başlaya bilmərik. Ona görə mina təmizləməklə bağlı, ilk növbədə, infrastrukturun keçdiyi yerlər diqqət mərkəzində idi, yəni elektrik xətləri, yollar. O sahələr təmizlənməli idi ki, artıq biz bu işlərə başlaya bilək.
Digər tərəfdən baş planı hazır olan şəhərlərin də minalardan təmizlənməsi prosesi sürətlə gedir, xüsusilə Şuşa və Ağdam şəhərlərində bu proses sürətlə gedir. İlk növbədə, biz bundan başqa elektrik təsərrüfatını yaratmalıydıq. Çünki azad edilmiş torpaqların, xüsusilə dağlıq ərazilərin relyefi belədir ki, əgər orada infrastruktur olmasa, hərbçilər üçün xidmət aparmaq çox çətin olacaq, bəlkə də mümkünsüz olacaq. İndi təsəvvür edin, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla həmsərhəd olan hissələrində sovet vaxtında heç bir yaşayış məntəqəsi olmayıb, on kilometrlərlə sərhəddən içəriyə doğru məsafədə heç kim yaşamayıb, heç bir yol olmayıb.
Oktyabr ayından qar yağmaya başlayır, may ayında əriyir. İndi təsəvvür edin, biz qısa müddət ərzində hansı işləri görməliydik? Deyə bilərəm ki, bunu bir çoxları bilmir. Təkcə o bölgələrdə - Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı - Ermənistanla həmsərhəd olan yerlərdə biz 700 kilometrə yaxın yol çəkmişik. Yəni, bu, xidməti yol sayıla bilər, hərbi yol sayıla bilər.
Mövqelərə gedən yoldur, sərhədlərə gedən yoldur, yüksək dağlara, təpələrə gedən yoldur. Texnikanı gətirməliydik, mütəxəssisləri gətirməliydik. O tərəfdən bizim işçilərə müntəzəm olaraq atəş açılır. Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. Ona görə çox çətin bir şəraitdə bunu bacardıq və biz bu gün bütün sərhədboyu əsas məntəqələrdə yerləşdik.
Nəinki yerləşdik, eyni zamanda, orada xidmət aparmaq üçün biz müasir infrastruktur qurduq. Çünki orada hava çox soyuqdur və xidmət aparmaq çox çətindir. Qarın qalınlığı bəlkə də 3-4 metrdir. İndi isə həm təchizat, həm ərzaq, həm də yollar, elektrik xətləri çəkilib və orada biz indi normal xidmət aparırıq, amma erməni postlarına baxdıqda görürük ki, bunlar nə dərəcədə acınacaqlı vəziyyətdədir.
Yəni, çadırlarda məskunlaşıblar və üşüyə-üşüyə, dona-dona orada güc-bəla ilə qalırlar. Ona görə yollar və elektrik xətləri həm də bu məqsəd üçün lazımdır. Çünki biz bu sərhədlərə çıxmalıydıq, bu sərhədi qorumalıydıq və bu gün buna nail olmuşuq - sərhədboyu Arazdan Murov dağına qədər”.
Bölməyə aid digər xəbərlər

Tarix: 12-01-2022, 22:47 Oxunub: 71
Bölməyə aid digər xəbərlər
26-08-2021, 16:19
“Azərbaycan heç kimə möhtac deyil, yardım istəmir”
22-07-2021, 18:53
"Azad edilmiş ərazilərdə görülən işləri xalq bəyənir" - Ölkə başçısı
12-01-2022, 21:57
“Çörəyin qiymətinin qalxması qaçılmaz idi” - İlham Əliyev
22-07-2021, 22:57
“Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər”