21:29 / 14-11-2024
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb
21:14 / 14-11-2024
Bakıda yeni dələduz peyda olub: Maşınları götürüb metalloma verir
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
21:09 / 14-11-2024
“Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
16:37 / 14-11-2024
Bolqarıstanın birinci xanımı Şamaxıda - Fotolar
16:36 / 14-11-2024
Ağadadaş Ağayev məhkəməyə gəldi - Video - Yenilənib
11:14 / 14-11-2024
Xəstəxanada vurulan iynədən şoka düşüb öldü
11:14 / 14-11-2024
“Rusiya Tramp administrasiyası ilə təmaslara hazırdır”
23:11 / 13-11-2024
Bayden Trampla görüşdü - Fotolar
23:09 / 13-11-2024
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol matçında vəfat etdi
20:35 / 13-11-2024
İlham Əliyev Mixail Mişustinlə görüşdü - Yenilənib
20:32 / 13-11-2024
Prezidentin bu çıxışını bütün salon alqışladı - Video
15:54 / 13-11-2024
Prezident Pakistanın Baş naziri ilə görüşdü - Fotolar
15:52 / 13-11-2024
Ronaldinyo Bakıda yeniyetmə futbolçularla görüşdü - Video
15:48 / 13-11-2024
Çay sahilində meyit tapıldı - Foto
15:47 / 13-11-2024
Sabahdan bu marşrutların hərəkəti bərpa edilir - Siyahı
12:55 / 13-11-2024
"COP29-u dönüş nöqtəsi kimi görürük" - Türkiyəli nazir
12:54 / 13-11-2024
Prezident Odil Reno-Basso ilə görüşdü - FOTOLAR
12:17 / 13-11-2024
Bakıda üçtərəfli görüş oldu - Fotolar
12:12 / 13-11-2024
“Bakının təmizliyi və gözəlliyi məni valeh etdi” - Tokionun qubernatoru
10:22 / 13-11-2024
Tramp Maskın vəzifəsini açıqladı
07:43 / 13-11-2024
Mehriban Əliyeva Prezidenti tarixi çıxışına görə belə təbrik etdi - Video
07:41 / 13-11-2024
Belçikanın Baş naziri bulvarda qaçdı - Foto
01:37 / 13-11-2024
Netanyahu İran xalqına müraciət etdi
01:33 / 13-11-2024
Rəsmilər Bakıya gəlməyə davam edir - Fotolar - Yenilənib
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
23:00 / 12-11-2024
Zaqatala xəstəxanasında daha bir uşaq öldü - Son günlərdə 4-cüdür
22:59 / 12-11-2024
Gülüstan sarayında rəsmi ziyafət verildi
19:31 / 12-11-2024
"COP29-un təşkilinin səviyyəsinə heyran qaldıq" - Polşa Prezidenti
19:29 / 12-11-2024
Hindistan ilk “Akaş” raketlərini Ermənistana göndərdi
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edib.
GununNebzi.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, V.Andreyeva ölkəmizi ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunda sədrliyə başlaması münasibətilə təbrik edərək, sədr qismində ölkəmizin müəyyən etdiyi prioritetləri alqışlayıb və sədrlik dövründə ölkəmizə uğurlar arzulayıb.
O, 2021-ci ilin oktyabr ayında BMTQAK missiyasının ölkəmizə səfər etməsini məmnunluqla xatırlayaraq, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması məsələsində BMTQAK-ın Azərbaycan hökumətinə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
V.Andreyeva ölkəmizin BMT–nin digər ixtisaslaşmış qurumları və fondları ilə əməkdaşlığına toxunaraq BMT-nin Ətraf Mühit Proqramının işğaldan azad olunmuş ərazilərdə biomüxtəliflik və ekosistemlərin bərpasına dəstək göstərməyə hazır olduğunu bildirib.
O, 2022-ci ildə qeyd olunacaq Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsininn 30 illiyi ilə əlaqədar il ərzində silsilə tədbirlərin keçirilməsinin planlaşdırıldığı barədə məlumat verib.
Nazir Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumuna sədrliyin vacibliyini vurğulayaraq ölkəmizin prioritetlərini təqdim etmək üçün Vyanaya səfər etdiyini və Forum çərçivəsində ATƏT iştirakçı ölkələrinin nümayəndə heyətləri ilə faydalı fikir mübadiləsi apardığını qeyd edib. Sədrlik dövründə Azərbaycanın bir sıra qlobal çağırışlara diqqət ayıracağını bildirib. BMTQAK missiyasının ölkəmizə səfərinin uğurla həyata keçdiyini bildirən nazir, həmçinin BMT-nin digər agentlikləri ilə faydalı əməkdaşlığın mövcud olduğunu ifadə edib.
Azərbaycanın ətraf mühit məsələlərinə böyük önəm verdiyini deyən nazir, azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini xatırladıb və burada bütün layihələrin ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilməklə icra olunduğunu diqqətə çatdırıb.
Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsininn 30 illiyi ilə əlaqədar Azərbaycan hökuməti tərəfindən də bir sıra tədbirlərin keçirilməsinin planlaşdırıldığını qeyd edilib.
Görüşdə, həmçinin miqrasiya, Dayanıqlı İnkişaf Məqsədləri və digər sahələrdə praktiki əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 28-01-2022, 20:13 Oxunub: 77
Bölməyə aid digər xəbərlər
29-10-2021, 19:42
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb
24-08-2021, 11:36
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
30-11-2021, 22:05
BMT rəsmisi Xızıdakı qəzadan yazdı
6-07-2021, 10:00
"Azərbaycan BMT QAK missiyasını qəbul etməyə hazırdır" - XİN
27-12-2021, 21:07
BMT rəsmisi İlham Əliyevi təbrik etdi