23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
100 Azərbaycan vətəndaşı Ukraynadan Moldovaya keçib

100 Azərbaycan vətəndaşı Ukraynadan Moldovaya keçib

“Ukraynadakı səfirlik və konsulluqla gündəlik əlaqə saxlanılır”.

GununNebzi.az
APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Ceyhun Bayramov bildirib ki, XİN və səfirlik Azərbaycan vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etməyi, evlərində qalmağı tövsiyə edib: “Hazırda əsas marşrutlarda tıxac var. Əsas odur ki, vətəndaşlar təhlükəsiz yerlərdə olsunlar. Eyni zamanda, Ukraynaya qonşu ölkələrdəki səfirliklərimiz əlaqələndirmə işləri həyata keçirir. Dünən və bu gün ümumilikdə 100 nəfər Ukraynadan Moldovaya keçib”.

XİN başçısı qeyd edib ki, Ukraynanın qərbindəki ölkələrə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş qaydada keçidi ilə bağlı iş aparılır.

Tarix: 25-02-2022, 14:21 Oxunub: 24


Bölməyə aid digər xəbərlər