21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
“Şuşa diplomatik mərkəz rolunda çıxış edir” - Hikmət Hacıyev

“Şuşa diplomatik mərkəz rolunda çıxış edir” - Hikmət Hacıyev

Azərbaycan ilə BMT arasındakı münasibətlərin 30 illiyi, BMT-Azərbaycan tərəfdaşlığı ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərində qeyd edilir. Azərbaycan 1992-ci ilin martında BMT-yə üzv olub və 2 aydan sonra Şuşa Ermənistan tərəfindən işğal olunub. Bu dövr ərzində işğal altında olan Şuşa şəhəri dağıdılıb, viran edilib.

GununNebzi.az
xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə nəticəsində digər şəhərlərimiz, digər ərazilərimiz kimi, Şuşa da azad edildi. Bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla bərabər, qarşıdan gələn dövr ərzində BMT-Azərbaycan münasibətlərinin müzakirə olunduğu diplomatik mərkəz rolunda çıxış edir. Bunun böyük siyasi, diplomatik, eyni zamanda, rəmzi mənası var”, - Prezidentin köməkçisi qeyd edib.

Tarix: 18-03-2022, 13:14 Oxunub: 171


Bölməyə aid digər xəbərlər