23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Hikmət Hacıyev Qriqoryanla görüşdü

Hikmət Hacıyev Qriqoryanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

GununNebzi.az
xəbər verir ki, Hacıyevlə Qriqoryanın görüşünü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar təşkil edib.

Müzakirələr zamanı onlar liderlərin görüşü zamanı əldə olunmuş anlaşmaların davamı olaraq Azərbaycan və Ermənistan arasında siyasi və təhlükəsizlik vəziyyəti və bütün məsələlərin spektrini nəzərdən keçiriblər.

İştirakçılar liderlərin 14 dekabr 2021-ci il tarixli görüşündə qaldırılan məsələlərlə yanaşı, müzakirələri davam etdirmək üçün növbəti həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər. Avropa İttifaqının Xarici Siyasət Xidmətinin məlumatına görə, hər iki ölkə sülh sazişinin perspektivləri ilə bağlı məsələləri də həll edəcək.

Tarix: 31-03-2022, 07:15 Oxunub: 99


Bölməyə aid digər xəbərlər