01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
ABŞ Dövlət katibi İlham Əliyevə zəng etdi

ABŞ Dövlət katibi İlham Əliyevə zəng etdi

Bu gün Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib.

GununNebzi.az
xəbər verir ki, telefon danışığı əsnasında Antoni Blinken aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirib.

Prezident İlham Əliyev ölkəmizin regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini qeyd edib.

Dövlət başçısı humanitar məsələlərə toxunaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş hesab olunan 3890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Tarix: 5-04-2022, 23:08 Oxunub: 83


Bölməyə aid digər xəbərlər