15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
“Təyyarə ilə gələrkən əziz qardaşıma dedim, bura cənnətə bənzəyir”

“Təyyarə ilə gələrkən əziz qardaşıma dedim, bura cənnətə bənzəyir”

“Əziz dostlar, əziz qardaşlar, mən ilk dəfədir ki, Rizədəyəm”.

GununNebzi.az
xəbər verir ki, bunu Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında deyib.

“Bu diyar haqqında çox eşitmişəm. Təyyarə ilə gələrkən, pəncərədən bu gözəl mənzərəni seyr edərkən, əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir.

Rizənin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir. Amma ən böyük sərvət bu bölgənin insanlarıdır. Mərd, vətənpərvər, döyüşkən, Türkiyənin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara!

Mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm. Rizə Türk dünyasına böyük lider və mənim qardaşım Rəcəb Tayyib Ərdoğanı bəxş edib. Buna görə sizə minnətdarıq. Bütün Türk dünyası sizinlə fəxr edir”, - dövlət başçısı vurğulayıb.

Tarix: 14-05-2022, 19:03 Oxunub: 128


Bölməyə aid digər xəbərlər