23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Baş nazir Litva Prezidenti ilə GÖRÜŞDÜ

Baş nazir Litva Prezidenti ilə GÖRÜŞDÜ

Baş nazir Əli Əsədov mayın 18-də Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Litva münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib. İki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan ilə Litva arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, humanitar, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Tarix: 18-05-2022, 19:05 Oxunub: 128


Bölməyə aid digər xəbərlər