23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri ilə görüşdü – FOTO

Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri ilə görüşdü – FOTO

İtaliya Respublikasının Turin şəhərində keçirilən Avropa Şurasının Nazirlər Komitəsinin 132-ci iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri Bucar Osmani ilə görüşüb.

GununNebzi.az
xəbər verir ki, Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.


Görüşdə iki ölkə arasında mövcud olan münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.

Habelə əlaqələrin daha da inkişafı istiqamətində siyasi məsləhətləşmələr mexanizmindən irəli gələrək dialoqun davam etdirilməsi razılaşdırılıb.

Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensialın mövcudluğu və həmin potensialdan istifadənin vacibliyi qeyd olunub.

Bölgədəki son vəziyyət haqqında həmkarını məlumatlandıran Ceyhun Bayramov Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycana qarşı həyata keçirilən təcavüz siyasətinin ağır nəticələrindən, həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni vəziyyət və Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atdığı addımlar barədə danışıb.

Görüşdə Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyi baxımından əhəmiyyəti vurğulanıb.

Tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinə dair razılıq ifadə olunub.

Görüşdə regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri ilə görüşdü – FOTO

Tarix: 20-05-2022, 15:44 Oxunub: 127


Bölməyə aid digər xəbərlər