"Bu gün Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə ilk görüşümüz baş tutdu".
GununNebzi.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova sosial şəbəkə hesabında yazıb.
"Virtual formatda keçirilən görüş beynəlxalq fəaliyyətimizin daha səmərəli həyata keçirilməsi və heyətlər arasında əlaqələndirmənin daha yaxşı qurulması üçün hərtərəfli fikir mübadiləsi ilə yadda qalan oldu. Davamlı xarakter alacaq bu format üzrə ilk görüşdə iştirak edən və dəyərli ideyaları ilə müzakirələrə töhfə verən millət vəkili həmkarlarıma təşəkkür edir, milli maraqlarımızın müdafiəsi naminə göstərəcəkləri fəaliyyətlərində uğurlar arzu edirəm",- deyə S.Qafarova qeyd edib.
(moder.az)
Bölməyə aid digər xəbərlər