23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilibMartın 16-da VI çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

gununnebzi.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə komitənin sədri Səməd Seyidov deputat həmkarlarını Milli Məclisə üzv seçilmələri münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Komitə sədri Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkəmizin beynəlxalq münasibətlərinə dair söylədiyi fikirləri bir daha komitə üzvlərinin diqqətinə çatdırıb. Bildirib ki, deputatlar Prezidentin proqram xarakterli çıxışındakı məsələləri daim diqqətdə saxlamalıdırlar.

Sonra Səməd Seyidov diqqətə çatdırıb ki, iclasın gündəliyinə 6 məsələ daxildir.

Deputatlar əvvəlcə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planını müzakirə ediblər. Komitə üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Nəsib Məhəməliyev, Rasim Musabəyov, Azər Kərimli, Elman Nəsirov, Kamran Bayramov, Sabir Rüstəmxanlı və Cavanşir Feyziyev işlər planı barədə qeyd və təkliflərini bildiriblər. Müzakirələrdən sonra komitənin 2020-ci ilin yaz sessiyası üçün işlər planı təsdiqlənib.

Sonra komitədə bir sıra Sazişlər müzakirəyə təqdim edilib.

İclasda “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” Sazişin təsdiq edilməsi barədə, “2012-ci il 27 aprel tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında pensiya təminatı haqqında” Sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında diplomatik nümayəndəlik və konsulluq müəssisələri əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti növlərini həyata keçirmələri haqqında” Sazişin təsdiq edilməsi barədə məsələlər Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Bildirilib ki, bu sənədlər ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına xidmət edir.

Bununla da VI çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yaz sessiyasında ilk iclası başa çatıb.


gununnebzi.az


Tarix: 16-03-2020, 19:53 Oxunub: 59


Bölməyə aid digər xəbərlər