22:56 / 15-11-2024
Polis əməkdaşı avtoqəzada həyatını itirdi
22:55 / 15-11-2024
İmişlidə ata və oğlu qəzada öldü
19:27 / 15-11-2024
Mənimsənilən pullar qaytarılmır - Cəmi 38 milyon...
17:57 / 15-11-2024
Leysan yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
17:56 / 15-11-2024
Üçüncü kurs tələbəsi vəfat etdi
17:53 / 15-11-2024
Tereza Mey Milli Məclisdə - Fotolar
17:52 / 15-11-2024
Fatih Terim Bakıda jurnalistlərlə görüşəcəkFatih Terim Bakıda jurnalistlərlə görüşəcək
17:50 / 15-11-2024
1Anasının il mərasiminə getmişdi, özünü güllələdi
15:19 / 15-11-2024
Arif Ağayevə yüksək vəzifə verildi - Foto
15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:09 / 15-11-2024
Sülh müqaviləsi nə vaxt imzalana bilər? - Ceyhun Bayramovdan açıqlama
13:06 / 15-11-2024
Bakının bu hissəsində su olmayacaq
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
13:03 / 15-11-2024
Bəzi liderlərin COP29-da iştirak etməməsinə - Rəsmi münasibət
13:00 / 15-11-2024
Bakıda araqdan zəhərlənən kişi öldü
11:28 / 15-11-2024
Əli Əsədov BMT İnkişaf Proqramının administratoru ilə görüşdü
11:26 / 15-11-2024
Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…
11:24 / 15-11-2024
İran Prezidentindən nüvə silahı ilə bağlı - Açıqlama
21:29 / 14-11-2024
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb
21:14 / 14-11-2024
Bakıda yeni dələduz peyda olub: Maşınları götürüb metalloma verir
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
21:09 / 14-11-2024
“Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
16:37 / 14-11-2024
Bolqarıstanın birinci xanımı Şamaxıda - Fotolar
16:36 / 14-11-2024
Ağadadaş Ağayev məhkəməyə gəldi - Video - Yenilənib
11:14 / 14-11-2024
Xəstəxanada vurulan iynədən şoka düşüb öldü
11:14 / 14-11-2024
“Rusiya Tramp administrasiyası ilə təmaslara hazırdır”
23:11 / 13-11-2024
Bayden Trampla görüşdü - Fotolar
23:09 / 13-11-2024
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi futbol matçında vəfat etdi
20:35 / 13-11-2024
İlham Əliyev Mixail Mişustinlə görüşdü - Yenilənib
20:32 / 13-11-2024
Prezidentin bu çıxışını bütün salon alqışladı - Video
Sahibə Qafarova Çexiya səfiri ilə görüşdü
İyunun 9-da Milli Məclisin sədri Sahibə Qafarova Çexiya Respublikasının ölkəmizdə fəaliyyət müddəti başa çatan səfiri Milan Ekert ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Milli Məclisin sədri onun ölkəmizdə çalışdığı müddətdə Azərbaycan və Çexiya arasındakı münasibətlərin inkişafı sahəsində gördüyü işləri müsbət qiymətləndirib, səfirə bundan sonrakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Ölkəmizin Çexiya ilə münasibətlərin inkişafında maraqlı olduğunu deyən spiker bildirib ki, gələn il Azərbaycanla Çexiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu illər ərzində ölkələrimiz arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.
Onlardan ən önəmlisi isə, “Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”dir.
Spiker iki ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin böyük rolunu qeyd edərək, bu səfərlər zamanı imzalanmış sənədlərin əlaqələrimizin hüquqi bazasını formalaşdırdığını diqqətə çatdırıb.
Söhbət zamanı Milli Məclisin sədri ölkələr arasında əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin önəmindən danışıb. Bildirib ki, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi xalqlarımızın və dövlətlərimizin mənafeyinə xidmət edir.
Görüşdə 44 günlük Vətən müharibəsi və regionda yaranmış yeni reallıqlardan danışan Sahibə Qafarova Azərbaycanın davamlı sülh və sabitliyin tərəfdarı olduğunu diqqətə çatdırıb. Spiker tezliklə iki ölkə arasında sülh sazişi imzalanacağına inamını ifadə edib.
Çexiya Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Çexiya üçün strateji tərəfdaş ölkədir. Bu strateji tərəfdaşlıq özünü xüsusilə enerji sahəsində göstərir.
Söhbət zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəfə faydasından danışan səfir, Azərbaycanda işlədiyi müddətdə parlamentlərarası, mədəniyyət, təhsil sahələrində əlaqələrin güclənməsinə töhfə verməyə çalışdığını deyib. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etdiyini, orada gedən tikinti-quruculuq işlərini şəxsən gördüyünü diqqətə çatdırıb. Səfir xüsusilə Xudafərin körpüsü ilə tanışlığın onda böyük təəssürat yaratdığını qeyd edib. O, Çexiya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası işlərində iştirak etməkdə maraqlı olduqlarını bildirib. Çexiyanın yaxın vaxtlarda Avropa İttifaqına sədrlik edəcəyini qeyd edən səfir, ölkəsinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafını dəstəkləyəcəyini və bu işə töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi sahəsində yeni əməkdaşlıq imkanlarına da nəzər salınıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 9-06-2022, 16:33 Oxunub: 14
Bölməyə aid digər xəbərlər
7-10-2020, 21:25
Milli Məclisinin Sədri Sahibə Qafarova Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb
5-02-2021, 18:45
Sahibə Qafarova Gürcüstan səfiri ilə görüşdü
16-10-2020, 19:36
Sahibə Qafarova Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
11-06-2020, 20:22
Sahibə Qafarova Türkiyə səfiri ilə görüşdü
6-06-2022, 17:43
Sahibə Qafarova ABŞ səfiri ilə bir araya gəldi