19:54 / 21-02-2025
Zelenskini cəsur lider adlandırdı
19:33 / 21-02-2025
Təcridxanaya nişanlısına apardığı aşın içindən telefon çıxdı - Video
19:29 / 21-02-2025
İmamoğlu ölkə prezidentliyinə namizədlik üçün müraciət etdi - Video
17:19 / 21-02-2025
İlham Əliyevə verilən qılıncın üzərində nə yazılıb? - FOTO
17:13 / 21-02-2025
“Azəriqaz” ötən gündən gücləndirilmiş iş rejiminə keçib - Video
17:10 / 21-02-2025
Temperatur daha 5 dərəcə enəcək - Növbəti xəbərdarlıq
17:03 / 21-02-2025
Emil Qarayevə ali xüsusi rütbə verildi - Sərəncam
15:35 / 21-02-2025
Hava ilə bağlı FHN-dən daha bir - Müraciət
15:31 / 21-02-2025
“Putinlə Trampın görüşü bundan asılıdır”
15:23 / 21-02-2025
Siyavuş Novruzovun qardaşı oğluna vəzifə verildi
15:22 / 21-02-2025
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
15:17 / 21-02-2025
Azərbaycanda yeni qurum yaradıldı
15:15 / 21-02-2025
Bu universitetdə dərslər təxirə salındı
13:47 / 21-02-2025
Əbülfəs Qarayevə yeni ittiham - “Dədə Qorqud”un 1 milyonunu...
08:36 / 21-02-2025
“Avropanın ən pis kabusu...” - The Economist
08:35 / 21-02-2025
Buza görə bağlanan yol açıldı - Foto
00:34 / 21-02-2025
Astarada fərdi yaşayış evində 2 uşaq yanaraq ÖLDÜ
22:53 / 20-02-2025
Bakıda güclü partlayış səsi eşidildi
22:52 / 20-02-2025
Ukraynada Trampın sosial şəbəkəsi bloklandı
22:09 / 20-02-2025
Ağacların kəsilməsi bu məmurlara baha başa gəldi - Rəsmi
22:08 / 20-02-2025
Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşüb
21:56 / 20-02-2025
Putin ona təşəkkür zəngi etdi
18:34 / 20-02-2025
Bakıda həkim xuliqanlığa görə tutuldu
18:05 / 20-02-2025
Rusiyada yüngülmühərrikli təyyarə qəzaya düşdü - 2 ölü
18:02 / 20-02-2025
MEDİA kiberhücumla bağlı məlumat yaydı
18:00 / 20-02-2025
Xanım prokurorlara yeni vəzifə verildi
17:56 / 20-02-2025
“Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yüksəkdir”
17:55 / 20-02-2025
Bu nazirliyin Aparatında işçilərin sayı artırıldı
12:29 / 20-02-2025
İnarə Vəliyeva sədr müşaviri oldu
07:18 / 20-02-2025
Ermənistan aviaşirkəti Moldova ərazisində qadağan edildi
06:51 / 20-02-2025
Barro: "Rusiya Fransanın düşmənidir"

İlham Əliyev Cozef Baydenə məktub göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb.
GununNebzi.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
4 İyul – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
30 ildir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Biz ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk.
Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam edir. Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyətimiz məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindəndir.
Bu gün Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımız siyasi əlaqələrimizin də genişlənməsinə şərait yaratmışdır. Ölkələrimizin enerji, təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığı nümunəvi xarakter daşıyır.
Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik.
İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minalar burada apardığımız bərpa və yenidənqurma işlərinə ən böyük əngəl olaraq qalmaqdadır. Biz minatəmizləmə işində ABŞ-ın ölkəmizə göstərdiyi yardımı təqdir edirik. Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də ölkənizin dəstəyinə böyük ümidlər bəsləyirik.
Hörmətli cənab Prezident,
Əminəm ki, Azərbaycan ilə ABŞ-ı birləşdirən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcəkdir.
Fürsətdən istifadə edərək bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim firavanlıq diləyirəm".
Bölməyə aid digər xəbərlər

Tarix: 4-07-2022, 17:19 Oxunub: 28
Bölməyə aid digər xəbərlər
3-07-2021, 12:59
İlham Əliyev Cozef Baydeni təbrik etdi
22-03-2022, 10:30
İlham Əliyev Cozef Baydenə məktub yazdı
3-07-2020, 18:05
İlham Əliyev Donald Trampa məktub göndərdi
2-05-2022, 14:06
İlham Əliyev Polşa prezidentini təbrik etdi
24-05-2021, 20:25
Cozef Bayden Azərbaycan Prezidentini təbrik etdi