23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Abşeronda Tibb İşçiləri Günü qeyd edildi - Onlayn konfrans keçirildi

Abşeronda Tibb İşçiləri Günü qeyd edildi - Onlayn konfrans keçirildiBu gün Tibb İşçilərinin Peşə Bayramı münasibəti ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Rayonun Mərkəzi Xəstəxanasının, kənd və qəsəbələr üzrə tibb məntəqələrinin baş həkimlərinin, Təhsil Şöbəsinin müdirinin və rayon mədəniyyət idarəsinin rəhbərliyinin iştirakı ilə vidoekonfrans keçirilib.

GununNebzi.az-ın məlumatına görə, konfransda İ.Gülməmmdədova tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək bildirib ki, hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Onun sözlərinə görə, Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.

Tibb müəssisələrinin təmir və bərpası, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Həyata keçirilən bütün tədbirlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.

Başçı bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər cəmiyyətimiz tərəfindən çox böyük razılıq və rəğbət doğurur.

Sonra Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə İlham Manafov çıxıçş edərək tibb işçilərini təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.

Daha sonra Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova göstərilən diqqətə görə təşəkkürünü bilıdirərək tibb işçilərinin fəaliyyətindən söz açıb.

Abşeronda Tibb İşçiləri Günü qeyd edildi - Onlayn konfrans keçirildi
Abşeronda Tibb İşçiləri Günü qeyd edildi - Onlayn konfrans keçirildi


Tarix: 17-06-2020, 18:40 Oxunub: 73


Bölməyə aid digər xəbərlər