23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Hikmət Şikarov: Paşinyanın “Qərbin adamı” olduğu təsdiqlənir

Hikmət Şikarov: Paşinyanın “Qərbin adamı” olduğu təsdiqlənirİşğalçı Ermənistanda real vəziyyətin təhlili burada yaxın günlər ərzində yenidən gərgin vəziyyətin hökm sürəcəyini, hətta yeni hakimiyyət dəyişikliyinə cəhdlərin olacağını deməyə əsas verir. Məsələ burasındadır ki, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu 2 il ərzində sosial-iqtisadi müstəvidə hansısa yenilik edə bilmədi. Hətta əksinə, bu istiqamətdə vəziyyətin daha da pisləşməsi müşahidə edilməkdədir. Küçənin dəstəyi ilə hakimiyyətə gəlmiş Paşinyanın məqsədsiz və yanlış siyasəti də ölkəni iqtisadi-siyasi böhrandan çıxara bilmir. Ölkə daxilində baş verən son gərginlik də baş nazirin Ermənistanın daxili və xarici siyasətinin tam səriştəsiz meyarlar üzərində qurulduğunu göstərir. Paşinyana qarşı olan qüvvələr isə yaranmış vəziyyətdən maksimum şəkildə faydalanmağa çalışır. Bu fikirləri Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov söyləyib.

Hikmət Şikarov qeyd edib ki, 16 iyun 2020-ci il tarixində "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığının Parlament tərəfindən ləğv edilməsi işğalçı ölkədə hakimiyyət böhranının dərinləşdiyini və siyasi rejimin iflasını bariz şəkildə nümayiş etdirir: “Qaqik Sarukyana qarşı səsvermədə yalnız "Mənim addımım” hökumətyönümlü blokun üzvləri iştirak etdilər. Belə ki, iki müxalif fraksiya səsvermədə iştirak etməkdən imtina etdi və baş verənləri məzhəkə adlandırdı. Tsarukyanın özü isə həmin vaxt Milli Təhlükəsizlik Xidmətində dindirilirdi.

Artıq Tsarukyanın həbsinə hazırlıq gedir. Bu fonda "Çiçəklənən Ermənistan” Partiyasının parlamentdəki "Tsarukyan” fraksiyasının üzvü olan deputatlar qanunverici orqanın iyunun 17-dəki iclasını boykot edərək zaldan çıxıblar. Müxalif deputatlar Tsarukyanın qeyri-qanuni şəkildə deputat toxunulmazlığından məhrum edilməsinə etiraz olaraq bu addımı atıblar. Fraksiyanın deputatı Arman Abovyan deyib: "Təəssüf edirəm ki, demokratik dəyərlərin bərpası üçün söz və fikir azadlığı şüarları ilə toplananlar siyasi opponentlərin ağzını yummağa çalışırlar”. Bütün baş verənlər fonunda Ermənistanın müxalifət partiyası sədrinin öz siyasi baxışlarına görə həbs olunması artıq Paşinyan hökumətinə qarşı ciddi təzyiqlərin olmasından xəbər verir.

Ermənistanda hakimiyyətdaxili mübarizənin getdikcə kəskinləşməsi və baş nazir Nikol Paşinyanın rəqiblərini sıradan çıxartmaq üçün müxtəlif bəhanələr uydurması ölkədə vəziyyəti daha da ağırlaşdırmaqdadır. İşğalçı ölkədə sürətlə pisləşən vəziyyət mövcud hakimiyyətdən narazılığı daha da artırır. Amma görünən budur ki, Nikol Paşinyan üçün bunlar hansısa önəm kəsb etmir. Bu hökumətin xarici siyasət kursunda da müəyyənlik, səbatlılıq yox dərəcəsindədir. Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa, nəticədə hər iki tərəfdən başının sığallamasına nail olmağa çalışır. Bu davranışın əziyyətini isə Ermənistan əhalisi çəkir. Paşinyana və təmsil etdiyi siyasi qüvvələrin bu kimi çətinliklərdən çıxmaq üçün, ilk növbədə, cəmiyyətin etibarını itirməməsi vacib şərtdir. Hələ ki ölkəsinin təməl problemlərini həll edə bilmədiyindən Nikol Paşinyan Ermənistan cəmiyyətinin başını qatmaqla məşğuldur. Bu vəziyyət uzandıqca o, özünü də çaş–baş vəziyyətə salır.

Populist çıxışları ilə tanınan N.Paşinyanın hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Buna baxmayaraq, son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatlar, QHT-lər, ümumən bir sıra Qərb təşkilatları sanki özünü görməzliyə vurub, sadəcə tamaşaçı qismində baş verən olayları seyr edirlər. Təbii ki bütün bunların əsas səbəbi Paşinyanın Corc Sorosun yaxından dəstəyi ilə hakimiyyətə gəlməsi, demokratiya çətiri altında gizlənən təşkilatların direktivləri əsasında hərəkət etməsi və onların sözünü deyərək “demokrat”olmasıdır.”

(yap.az)


Tarix: 19-06-2020, 19:02 Oxunub: 148


Bölməyə aid digər xəbərlər