23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışıb

Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışıb

20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs arasında telefon danışığı baş tutub.

GununNebzi.az
xəbər verir ki, Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər, Azərbaycan və Latviya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Tərəflər, eyni zamanda Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının aktual məsələlərini üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, həmçinin cari regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Tarix: 20-07-2022, 19:02 Oxunub: 44


Bölməyə aid digər xəbərlər